Yeniyetmələrə erkən nikahın mənfi təsirləri barədə məlumat verilib
Bakı, 27 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə “Ailə ənənələrinin möhkəmləndirilməsi: Erkən nikahın mənfi nəticələri” mövzusunda Xətai rayonundakı Tahir Bağırov adına 59 nömrəli tam orta ümumtəhsil məktəbində maarifləndirici tədbir təşkil olunub.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, çıxış edənlər erkən nikahın sosial-psixoloji fəsadları, gənc nəsil üçün yaratdığı təhlükə və həmin problemin qarşısının alınması üçün görülməli profilaktik tədbirlər barədə məlumat veriblər.
İştirakçılara müvafiq sahədə mövcud qanunvericilik tələbləri də izah olunub.
Mövzu ətrafında geniş müzakirələr aparılıb, məktəblilərin sualları cavablandırılıb.