YEREVANIN “PUNİK” KLUBU İSTƏNİLƏN HALDA CƏZALANDIRILACAQ
Yerevanlılar dörddəbir finalda Donetskin “Şaxtyor” komandasına 3:1 hesabı ilə qalib gəldikdən sonra bildilər ki, növbəti mərhələdə “Neftçi” ilə qarşılaşacaqlar. Ona görə də “Şaxtyor”la görüşdən dərhal sonra “Punik” turnirin baş hakiminə və Təşkilat Komitəsinə bildirmişdir ki, Bakı komandası ilə oynamaqdan imtina edir və yarışlardan çıxır.
“Punik”in qərarı hələlik rəsmiləşdirilməyib, lakin belə olsa, Təşkilat Komitəsi onun gələcəkdə bu turnirdə iştirakına qadağa qoyulması məsələsinə baxacaqdır. Beləliklə, Ermənistan komandası istənilən halda cəzalandırılacaq - o, “Neftçi” ilə oynasa, mütləq məğlubiyyətə uğrayacaq, görüşdən imtina etdikdə isə, gələcəkdə bu turnirdə iştirakdan uzaqlaşdırılacaqdır.
Göründüyü kimi, ermənilər “müdrik qərar” qəbul etmişlər - Azərbaycan komandasına dalbadal iki dəfə uduzmağı yerevanlılara Ermənistanda bağışlamayacaqlar. Odur ki, “Punik” mübarizə meydanını “məğlubiyyətsiz” tərk etməyi üstün tutmuşdur.
Xatırladaq ki, keçənilki turnirin dörddəbir finalında “Neftçi” futbolçuları “Punik”in qapısından iki cavabsız top keçirmişdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]