Yerjan Mukaş: Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstan diasporlarına dəstək verməyə hazırıq
Şuşa, 21 dekabr, Elmir Səftərov, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı olaraq Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstan diasporlarına dəstək verməyə hazırıq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri dekabrın 21-də Şuşada keçirilən Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumunda Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Yerjan Mukaş söyləyib.
O qeyd edib ki, bu cür tədbirlər türk dövlətləri arasında əlaqələri gücləndirəcək.