YEVLAXDA İÇMƏLİ SU TƏCHİZATI YAXŞILAŞIR
Yevlax şəhərində əhalinin icməli suya olan ehtiyacını ödəmək üçün Kür çayı sahilində saatda 945 kubmetr su vuran yeni nasos stansiyası istifadəyə verilmişdir.
Şəhər icra hakimiyyətində AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, rayon mərkəzinə 3 min 100 metrlik yüksəktəzyiqli su xətti çəkilmiş, 5 min 529 metrlik paylayıcı xətt işə salınmışdır.
Rayonun kəndlərində içməli su problemini həll etməkdən ötrü 22 subartezian quyusu qazılmış, 8 kəndə magistral, 11 kənddə isə paylayıcı su xətləri çəkilmişdir.