YIĞMA FUTBOL KOMANDAMIZIN ERMƏNİSTAN FUTBOLÇULARI İLƏ GÖRÜŞÜ GÜRCÜSTANDA KEÇİRİLƏ BİLƏR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Gürcüstan Futbol Federasiyasının vitse-prezidenti Qoqi Kavtaradze 2008-ci il Avropa çempionatının qrup seçmə mərhələsi çərçivəsində Azərbaycan və Ermənistan komandaları arasında görüşlərin Tbilisidə keçirilməsinin mümkün olduğunu bildirmişdir. O vurğulamışdır ki, iki ölkə arasında gərginliyin hələ də davam etdiyi indiki şəraitdə hər iki komandanın neytral meydanda görüşməsi ehtimalı artır. Belə vəziyyətdə Gürcüstan Futbol Federasiyası yaxın günlərdə oyunların Tbilisidə keçirilməsi barədə tərəflərin müvafiq futbol qurumlarına rəsmən müraciət edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]