Yığmalarımızın rəqibləri müəyyənləşib
Bakı, 24 noyabr, AZƏRTAC
Bu gün İsveçrənin Nyon şəhərində futbol üzrə 19 və 17 yaşadək qızlardan ibarət milli komandalar arasında “Avro-2018”in elit-raundunun, həmçinin 2019-cu ildə keçiriləcək Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, püşkə əsasən, U-19 millimiz “Avro-2018”in elit raundunda üçüncü qrupda Fransa, Belçika və Finlandiya yığmaları ilə birgə mübarizə aparacaq.
U-19 yığmamız “Avro-2019”un ilkin seçmə mərhələsində ikinci qrupda yarışacaq. Millimizin rəqibləri İsveçrə, Türkiyə və Kipr futbolçuları olacaq.
U-17 millimiz “Avro-2018”in elit raundunda yeddinci qrupda Almaniya, İrlandiya və İslandiya ilə üz-üzə gələcək.
“Avro-2019”un ilkin seçmə mərhələsinin beşinci qrupunda 17 yaşadək qızlardan ibarət millimiz İngiltərə, İslandiya və Moldova komandaları ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]