Yük nəqliyyat vasitəsindən gömrük orqanlarına bəyan edilməyən zinət əşyaları aşkarlanıb
Bakı,30 avqust, AZƏRTAC
Yük nəqliyyat vasitəsində gümüş zinət əşyaları aşkarlanıb.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Qırmızı Körpü” gömrük postunda Gürcüstan istiqamətindən ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
Baxış zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda gömrük orqanlarına bəyan edilməyən 84 ədəd üzük, 29 ədəd klon, 134 ədəd boyunbağı-klon, 17 ədəd təsbeh, 59 ədəd qolbaq, 62 ədəd boyunbağı, ümumilikdə 5200 qram gümüş zinət əşyaları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.