Yüksək Liqada XVII tura yekun vurulub
Bakı, 27 mart, AZƏRTAC
Qadın voleybolçular arasında Yüksək Liqada XVII turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun ilk qarşılaşması UNEC və “Abşeron” komandaları arasında olub. Görüş ikincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Digər qarşılaşmalarda “Murov Az Terminal” “Azərreyl"lə, “Milli Aviasiya Akademiyası” isə “Gəncə” ilə üz-üzə gəlib.
Birinci matçda qalib 4 setdə müəyyənləşib. "Dəmiryolçular" rəqibini 3:1 hesabı ilə məğlub edib.
Turun son qarşılaşması isə gərginliyi ilə yadda qalıb. Bu görüşdə “Gəncə” 3:2 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, turnir cədvəlinə 43 xalla "Abşeron" başçılıq edir. "Milli Aviasiya Akademiyası" 39 xalla 2-ci, "Azərreyl" isə 29 xalla 3-cü pillədə qərarlaşıb.