Yunan-Roma güləşçilərimizin dünya çempionatında ilk rəqibləri müəyyənləşib
Bakı, 6 oktyabr, AZƏRTAC
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, mundialın sonuncu 4 günündə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.
Oktyabrın 6-da püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib. Belə ki, Eldəniz Əzizli (55 kq) ukraynalı Koriun Sahradian, Murad Məmmədov (60 kq) Kriştian Keçkemeti (Macarıstan), Taleh Məmmədov (63 kq) türkiyəli Mehmet Çeker, Həsrət Cəfərov (67 kq) ABŞ təmsilçisi Peyton Omaniya (ABŞ), Ülvü Qənizadə (72 kq) İdris İbayev (Almaniya), Sənan Süleymanov (77 kq) Qırğızıstan güləşçisi Kayratbek Tuqolbayev, Rafiq Hüseynov (82 kq) Ranet Kaljola (Estoniya), İslam Abbasov (87 kq) gürcüstanlı Laşa Qobadze, Murad Lokyayev (97 kq) İsveç idmançısı Pontus Lund, Beka Kandelaki (130 kq) isə çexiyalı Stepan David ilə qarşılaşacaq.
Qeyd edək ki, oktyabrın 7-də 55, 72, 77 və 82 kiloqram çəki dərəcələrində çıxış edən güləşçilər xalçaya çıxacaqlar. Oktyabrın 8-də 60, 97 və 130, növbəti gün isə 63, 67 və 87 kiloqram çəki dərəcələrində yer alan pəhləvanlar mübarizəyə qoşulacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]