YUNAN–ROMA GÜLƏŞÇİLƏRİNİN DÜNYA KUBOKU TURNİRİNDƏ ZƏİF NƏTİCƏLƏRİ MÜŞAVİRƏDƏ MÜZAKİRƏ OLUNACAQ
Bakı, 4 mart (AZƏRTAC). Gənclər və idman naziri Azad Rəhimov Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandasının dünya kuboku turnirində uğursuz çıxışına münasibət bildirmişdir.
Jurnalistlərə müsahibəsində nazir demişdir ki, “bizim yuxarı çəki dərəcələrində hər zaman problemlərimiz olub. Lakin, yığmamızın 8 ölkə arasında sonuncu yeri tutması narahatlıq doğurur. Ola bilsin ki, bu məşqçilərin bir strategiyasıdır. Lakin, komandanın çıxışı Azərbaycan Güləş Federasiyası ilə birgə təşkil olunacaq müşavirədə müzakirə olunacaqdır. Biz komandanın zəif çıxışının səbəblərini bilmək istərdik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]