Yunanıstan "Axilles" adlı müdafiə sistemi yaratmaq niyyətindədir
Afina, 2 aprel, AZƏRTAC
Yunanıstan 25 milyard avro dəyərində çoxillik müdafiə planı çərçivəsində ordusunu müasirləşdirməyə qərar verib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kiriakos Mitsotakis parlamentə məlumat verib.
Bu addım, Yunanıstanın 2009–2018-ci illərdəki borc böhranından sonra sərt iqtisadi islahatlar dövründən çıxaraq, silahlı qüvvələrini yeniləmək cəhdlərinin bir hissəsidir.
Layihə 2036-cı ilə qədər davam edəcək və yeni sualtı qayıqlar, hava, dəniz və sualtı pilotsuz uçan aparatların, eləcə də rabitə peykinin alışını nəzərdə tutur. Planın bir hissəsi "Axilles" adlı hava hücumu və pilotsuz uçuş aparatlarına qarşı müdafiə sisteminin hazırlanmasına yönəldiləcək.
K.Mitsotakis parlament üzvlərinə bildirib ki, bu plan Yunanıstanın suverenliyinə yatırım etmək deməkdir. Avropa İttifaqının müdafiə xərclərini artırmaq planlarına baxmayaraq, ölkənin maliyyə ehtiyatlarını diqqətlə idarə etməli olacağını vurğulayıb.
Yunanıstan Avropa İttifaqı və NATO üzvü olaraq, hal-hazırda ÜDM-nin təxminən 3 faizini müdafiəyə xərcləyir ki, bu da Aİ-nin orta göstəricisindən təxminən iki dəfə çoxdur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Afina
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]