Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yuri Lujkov: Heydər Əliyev böyük qəlbli insan idi

Yuri Lujkov: Heydər Əliyev böyük qəlbli insan idi

Moskva, 6 dekabr, AZƏRTAC

Dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dünyasını dəyişdiyi gündən 15 il keçir. “Moskva-Baku” portalında Moskvanın keçmiş meri Yuri Lujkovun bu böyük siyasi xadim haqqında xatirələri dərc olunub. AZƏRTAC həmin materialı təqdim edir.

Heydər Əliyev haqqında söz

Dahi insan Heydər Əliyev haqqında xatirələrimin əvvəlində çox sevdiyim ölkənin - Azərbaycanın vətəndaşlarını salamlamaq istəyirəm: “Salam, əziz azərbaycanlı dostlarım!”

Mən Heydər Əliyev haqqında danışmaq istərdim. Çünki Heydər Əliyev görkəmli şəxsiyyət idi. Özü də təkcə postsovet məkanında yox. Mən uzun illər sənaye sahəsində işləmişəm, Sovet İttifaqının ali dövlət hakimiyyəti orqanları ilə illər boyu qarşılıqlı fəaliyyətdə olmuşam və Heydər Əliyevi hələ sovet dövründən tanıyırdım. Heydər Əliyev haqqında çox danışmaq olar, bununla belə, düşünürəm ki, hərtərəfli, nadir şəxsi keyfiyyətlərinə, şəxsi qabiliyyətlərinə və elə bu səbəbdən dərin dövləti təfəkkürünə görə bu bənzərsiz insanın obrazını tam açmaq üçün vaxt çatmaz.

O, nadir potensiala malik insan idi. Tutduğu vəzifəsinə görə həm təhlükəsizlik, həm də təsərrüfat məsələləri ilə çox ciddi məşğul olan bənzərsiz şəxsiyyət idi. Mən bilirdim ki, Heydər Əliyevin əsas təhsili mülki sahəyə aiddir. O, memarlığa, iqtisadiyyata dərindən bələd idi... Həmin illərdə onun çalışdığı simasız hökumətdə olduqca nəzərəçarpan fiqur idi.

Heydər Əliyevin sovet hökumətinin ali rəhbərliyində işlədiyi beş il ərzində biz onun potensialına, hamını heyrətləndirən yaddaşına, təsərrüfatçılıq təfəkkürünə dönə-dönə müraciət edirdik. O, dövlətin, ölkə iqtisadiyyatının inkişafına kömək edirdi.

Deməliyəm ki, yeni dövr onun üçün faciəli illər idi... 1990-cı il 20 Yanvar hadisələri... Bu hadisələr Heydər Əliyevi çox həyəcanlandırdı. Şəxsiyyətinə və baxışlar sisteminə, təfəkkürünə, prinsiplərinə, məqsədlərinə təsir göstərən bu hadisələr onu Sovet İttifaqı rəhbərliyinin, ilk növbədə, Mixail Qorbaçovun ümumən yanaşı yaşayan iki yaxın millət - azərbaycanlılar və ermənilər arasında yaranmış problemi dinc yolla həll etməyi, münaqişəni sülh yolu ilə nizamlamağı bacarmamasına qarşı etiraz səsini ucaltmağa vadar etdi. Sovet rəhbərliyi, çox ehtimal ki, dövləti məsələləri həll etməyə qabil olmaması səbəbindən bu problemləri çözə bilmədi, bəlkə də bunu istəmədi, vəziyyəti idarə etməyi, qan tökülməsini dayandırmağı bacarmadı.

Heydər Əliyev bu hadisələrə görə çox əzab çəkirdi. Bunu dəfələrlə mənə demişdi. Bu əzablar 1991-ci ildə onun Sov.İKP sıralarından çıxması ilə nəticələndi. Bu qərar dövlət hakimiyyəti orqanlarının yürütdüyü siyasətə qarşı çox güclü etiraz kimi səsləndi.

Sonra Sovet İttifaqı süqut etdi, onun yerində Azərbaycan da daxil olmaqla müstəqil dövlətlər formalaşdı. Bütün bunlar siyasi və xüsusən təsərrüfat-iqtisadi baxımdan çox mürəkkəb və qarmaqarışıq şəraitdə baş verirdi. Sonra Elçibəy peyda oldu. Mən onunla görüşdüm və bir məqamı hələ də təəccüblə xatırlayıram ki, Elçibəy mənimlə tərcüməçi vasitəsilə danışmağa başladı. Halbuki mən ərzaq məsələlərinin həllində Azərbaycana kömək etməyə gəlmişdim... Elçibəy tərəfindən bu cür nümayişkaranə hərəkətin heç yeri deyildi. Azərbaycan xalqı onu həqiqi dövlət rəhbəri kimi qəbul etmədi və 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıtdı.

Heydər Əliyev özünün çox böyük potensiala malik olduğunu dərk etsə də, o vaxta qədər bəlkə də ölkə rəhbərliyinə qayıtmaq fikrində deyildi. Lakin o, Azərbaycan xalqının tələbi ilə hakimiyyətə qayıtdı!

Bundan sonra mənim Azərbaycanda görüşlərim çox olub. Heydər Əliyevin hakimiyyətə qayıtması sayəsində Azərbaycan sürətlə dirçəldi. Nəyin hesabına? Heydər Əliyevin müdrikliyi hesabına. Heydər Əliyev strateq idi, o düzgün başa düşürdü ki, iqtisadiyyatı inkişaf etdirmək, ərzaq təminatı üçün, xalqın yaşaması, tikinti, sənaye və bütün başqa sahələrin inkişafı üçün vəsait əldə etməyə imkan verəcək təsərrüfatı inkişaf etdirmək lazımdır.

Heydər Əliyevin daha bir keyfiyyəti haqqında danışmaq istəyirəm. Heydər Əliyev öz xalqının oğlu, millətin lideri idi.

Azərbaycanı inkişaf etdirməklə, onun suverenliyini möhkəmləndirməklə məşğul olan Heydər Əliyev, eyni zamanda, Rusiya ilə, rus xalqı ilə əlaqələri heç vaxt, heç bir vəchlə itirmək istəmirdi. Xalqlarımız onilliklər boyu birgə olub. Biz faşizmə qarşı birlikdə vuruşmuşuq. Böyük Vətən müharibəsi illərində Bakı bütün hərbi texnikanın yanacaqla təmin olunması məsələlərinin həllinə kömək edib. Əbəs deyil ki, almanlar neft mədənlərini ələ keçirmək üçün Bakıya can atırdılar. Bu gün biz ortaq tariximizi yadda saxlamalıyıq. Əgər bu gün bir-birimizə - Azərbaycanın və Rusiyanın bir-birinə yaxın xalqlarına kömək göstərmək üçün bizim az da olsa imkanımız varsa, bunu etməliyik.

Bakıda Moskva Günləri keçirilməsi ilə əlaqədar Heydər Əliyev dəfələrlə bizim hakimiyyət orqanlarını Bakıya dəvət edirdi. Belə günlər həmişə böyük dostluq, qardaşlıq bayramlarına çevrilirdi. O özü şəxsən bu tədbirlərdə iştirak edir, həmin vaxt diqqət mərkəzində olan zallarda həmişə mənim yanımda əyləşirdi. Bu tədbirlərdə xalqlarımızın dostluğu davam edir, təsdiqlənirdi.

Bu gün sizinlə böyük dövlət xadimi haqqında danışırıq. Sovet İttifaqı dağılandan sonra yaranmış dövlətlərin rəhbərləri arasında öz xalqı üçün Heydər Əliyev qədər çox iş görmüş, yeni ölkənin inkişaf etməsi üçün əlindən gələni etmiş insanlar çox deyil, ola bilsin, daha birini, ən çoxu ikisini göstərmək olar, onların adlarını çəkməyəcəyəm. Amma mənim nəzərimdə və yaddaşımda Heydər Əliyev bir nömrəli rəhbərdir.

Biz Heydər Əliyev haqqında ölkənin rəhbəri kimi danışanda onu, ilk növbədə, şəxsiyyət kimi, güclü iradə sahibi, irəliyə baxan, hamıdan uzağı görən bir insan kimi qəbul edirik. Ona görə ki, belə də olmalıdır. Lider öz xalqını səslədiyi gələcəyi görməlidir. Lider mərd insan olmalıdır. Lakin daha bir məqamı qeyd etməsəm, Heydər Əliyevin obrazı yarımçıq olar...

Sizə bir əhvalat danışım... Zənnimcə, Azərbaycanda bunu hamı bilmir.

Heydər Əliyev gözəl ailə başçısı idi. Onun həyat yoldaşı Zərifə Əziz qızı Əliyeva gözəl qadın idi. Zərifə xanım həyatdan çox tez getdi və bu, Heydər Əliyevi çox sarsıtdı, çox kədərləndirdi. Zərifə Əziz qızı əvvəlcə Moskvada, Novodeviçye qəbiristanlığında dəfn edilmişdi. Heydər Əliyev hər həftə vaxt tapan kimi Novodeviçye qəbiristanlığına gəlir, sevimli ömür-gün yoldaşının məzarı yanında bir neçə dəqiqə əyləşirdi. Dövlət xadimi üçün, bizim nəzərimizdə emosiyalardan uzaq, yalnız dövlət haqqında, genişmiqyaslı dünya problemləri haqqında danışan dövlət xadimi üçün belə incə hisslər, ailəsinə bu cür münasibət tamamilə qeyri-adi təsir bağışlayır.

Sizə daha bir əhvalat danışım. Bunu yalnız Heydər Əliyevlə mən bilirdik. Bir də, yəqin ki, onun ailə üzvləri, uşaqları bilir. Biz Heydər Əliyevlə yaxın dost idik. Bir dəfə o, Moskva ilə əlaqələri inkişaf etdirmək üçün məni Azərbaycana, Bakıya dəvət etdi. Bakıya belə səfərlərimin birində ona qeyri-adi hədiyyə gətirdim. Mən onun xanımının büstünü tapmışdım. Heydər Əliyev bu büstün olmasını bilmirdi. Kifayət qədər böyük tunc büst Zərifə xanımın sağlığında hazırlanmışdı. Bu büstü mənimlə çox yaxın münasibətdə olan məşhur heykəltəraşın emalatxanasında tapmışdım. Heydər Əliyevin dəvəti ilə Bakıya gəldim. Məni müşayiət edən adamlardan xahiş etdim ki, bu büstü Heydər Əliyevlə görüşəcəyim yerin yaxınlığında bir otağa qoysunlar. Heydər Əliyev söhbətdən sonra soruşdu ki, indi və bu axşam planlarım necədir? O, həmin gün axşam da mənimlə söhbət etmək istəyirdi. Dedim ki, hökumət üzvləri ilə görüşüb bizim ticari-iqtisadi əlaqələrimizə aid məsələləri müzakirə etmək, sonra Mədəniyyət Nazirliyində olmaq istəyirəm. Heydər Əliyev dedi: “Yaxşı, onda axşama qədər”. Mən ona müraciət etdim: “Heydər Əliyeviç, yox, sizə daha bir hədiyyə etmək istəyirəm”. O cavab verdi: “Bu nəyə lazımdır, onsuz da biz yaxınıq, qarşılıqlı münasibətlərimiz yaxşıdır. Hədiyyə nəyə gərəkdir? Məncə, bizim münasibətlərimizdə bütün bunlar artıqdır”. Mən dedim: “Heydər Əliyeviç, gəlin qonşu otağa keçək və düşünürəm ki, bu hədiyyəni nə üçün etmək istədiyimi başa düşərsiniz”.

Biz qonşu otağa keçdik. Mən Zərifə Əziz qızının büstünün üstündəki örtüyü götürdüm və ... Heydər Əliyevin gözlərindən axan yaşı, sonra onun hönkürməsini gördüm.

Bilirsinizmi, o, öz məhəbbətini gördü, gördü ki, bu sevgi fiziki baxımdan ötüb keçsə də, belə gözəl maddi təcəssümünü tapıb... Bütün bunlar məni də çox həyəcanlandırdı. Mən anladım ki, qarşımdakı insan nəinki emosiyalara malikdir, o, öz həyat yoldaşını, övladlarını, xalqını həqiqi mənada sevən insandır. Ulu Tanrı Heydər Əliyevə təkcə müdriklik, güclü dövlət təfəkkürü bəxş etməyib. Bununla yanaşı, bir daha təkrar edirəm, o, insanların taleyinə görə bizim zəmanədə heç kimlə müqayisə edilə bilməyəcək dərəcədə narahatlıq hissi yaşayan, adı böyük hərflə yazılan İnsandır. Onun xatirəsi, təkcə onunla ünsiyyətdə olanların deyil, bizim xalqlarımızın qəlbində əbədi yaşamalıdır. Belə insanlar tarixdə iz qoymaya bilməzlər, onlar tarixdə öz yerini tutmalı və təkcə hansısa bir ölkənin ali rəhbərləri üçün deyil, bütün sadə adamlar üçün, həm Azərbaycanın, həm də əvvəllər Sovet İttifaqı adlanan böyük məkandakı bütün dövlətlərin sakinləri üçün nümunə olmalıdır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq