ZAPOROJYE VİLAYƏTİNDƏ YANĞININ SƏBƏBİ MÜƏYYƏN EDİLDİ
Bundan əvvəl müdafiə naziri Yevgeni Marçuk da yanğının səbəbinin insan amili ilə bağlı olduğunu istisna etməmişdir. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hərbi anbarlarda yanğın beş adamın ölümünə səbəb olmuş, quru qoşunlarının burada saxlanılan 4800 vaqon döyüş sursatından 900-ü məhv olmuş, nazirliyə 2,2 milyard qrivna (400 milyon dollardan çox) ziyan dəymişdir. Mülki əhaliyə dəyən ziyan isə təqribən 80 min dollardır.
Məsələni araşdıran Ukrayna Baş Prokurorluğu qəti nəticələrini hələ açıqlamamışdır.
Bununla belə, Baş nazir Viktor Yanukoviç bəyan etmişdir ki, bu fövqəladə hadisənin əsl təqsirkarları mütləq tapılacaqdır. Baş nazir onu da bildirmişdir ki, vaxtı keçmiş döyüş sursatından təkrar istifadə üçün ötən il büdcədən ümumən 4 milyon qrivna (800 min dollara yaxın) ayrıldığı halda, bu il həmin məbləğ 32 milyon qrivna (təxminən 6 milyon dollar) olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]