Zaqatalada keçmiş məhkumdan 2 kiloqramdan çox narkotik vasitə götürülüb
Zaqatala, 18 avqust, AZƏRTAC
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən keçmiş məhkum saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Kebeloba kənd sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuş Aftandil Ramazanov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 2 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.