Zaqatalada qanunsuz ov edən şəxslər saxlanılıb
Bakı, 12 avqust, AZƏRTAC
Zaqatalada qanunsuz ov edən şəxslər saxlanılıb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verib. Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ov hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Yevlax sakinləri Elçin Nadirov, Elşən Əliyev və Hüseyn Hüseynov saxlanılıblar.
Onlardan kəsib satmaq məqsədilə ovladıqları çoxlu sayda kirpi və digər sübutlar götürülüb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:17]
Balakəndə 10 tona yaxın çətənə kolu məhv edilib
- 12.06.2026 [17:01]
DSMF-nin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib
- 12.06.2026 [16:39]