ZAQATALALILAR RADİKAL MÜXALİFƏTİN POZUCULUQ ƏMƏLLƏRİNƏ QƏTİ ETİRAZ BİLDİRİRLƏR
AXC və Müsavat partiyaları Zaqatala rayon təşkilatlarının bir qrup üzvü radikal müxalifətin azad, şəffaf və demokratik şəraitdə keçirilən parlament seçkilərinin üzərinə kölgə salmaq cəhdlərinə, dövlətçiliyə və xalqa qarşı yonələn qanunazidd hərəkətlərinə etiraz əlaməti olaraq, partiya sıralarını tərk etmələri barədə bəyanat vermişdir. AZƏRTAC-a daxil olmuş həmin bəyanatda deyilir:
“Şəffaf və demokratik şəraitdə keçən 6 noyabr parlament seçkilərində vətəndaşlar yüksək siyasi fəallıq göstərərək, sərbəst və azad şəkildə öz seçimlərini etmiş, xalqımızın ən layiqli övladlarını Milli Məclisə üzv seçmişlər. Təəssüflər olsun ki, seçkilərdəki biabırçı məğlubiyyətləri ilə barışmaq istəməyən müxalifət partiyalarının rəhbərləri öz şəxsi mənafelərini üstün tutaraq, növbəti dəfə xalqımıza xəyanət etmiş, iğtişaşlar törədərək, ölkədə ictimai-siyasi sabitliyi pozmağa cəhd göstərmişlər.
Biz parlament seçkilərinin demokratik və şəffaf keçdiyini bir daha bəyan edərək, seçkilərdə inamlı qələbə qazanmış Yeni Azərbaycan Partiyasına ölkəmizin gələcək inkişafı və tərəqqisi yolunda böyük uğurlar arzulayırıq.
Biz, eyni zamanda noyabrın 26-da radikal müxalifətin keçirdiyi son yürüş-mitinq zamanı yol verilmiş ciddi qanun pozuntularını və zorakılığı qətiyyətlə pisləyir və təmsil olunduğumuz siyasi partiyaların sıralarını tərk etdiyimizi bəyan edirik.
İbrahim Şabanov - AXCP üzvü, Muxax kəndi
Əli Gəncəliyev - AXCP üzvü, Muxax kəndi
Çələbi Abdullayev - Müsavat Partiyasının üzvü, Faldar kəndi
Camal Qocayev - Müsavat Partiyasının üzvü, Qandax kəndi
Ruslan Məmmədov -Müsavat Partiyasının üzvü, Qandax kəndi
Sahib Mütəllibov - Müsavat Partiyasının üzvü, Qandax kəndi
Vasif Əsgərov - Müsavat Partiyasının üzvü, Qandax kəndi”.