Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zəlzələləri əvvəlcədən müəyyən etmək mümkündürmü? – müsahibə

Zəlzələləri əvvəlcədən müəyyən etmək mümkündürmü? –  müsahibə

Bakı, 7 avqust, Elmir Səftərov, AZƏRTAC

Son vaxtlar dünyanın müxtəlif yerlərində baş verən zəlzələlər ciddi fəsadlar törədir. İnsanları düşündürən daim bir sual olur ki, görəsən zəlzələlərin ağır nəticələrindən yayınmaq üçün onu əvvəlcədən müəyyənləşdirmək mümkündürmü?

Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı zəlzələlərə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

Dünyanın bir çox ərazilərində seysmoaktiv bölgələrin olduğunu bildirən şöbə müdiri deyib ki, Azərbaycan da seysmoloji aktiv zonada yerləşən ölkələr sırasındadır. Ümumiyyətlə, Cənubi Qafqaz ölkələri seysmik baxımdan aktiv zonada yerləşir ki, həmin bölgələrdə zəlzələlərin baş verməsi təbii haldır. Çünki söhbət seysmoaktivlikdən gedirsə, seysmik bölgədə müəyyən bir dövrdə zəlzələ ocaqlarında aktivlik baş verir. Təbi ki, bu aktivləşmələr hansısa səviyyədə zəlzələlərlə müşayiət olunur.

“Ümumilikdə dünyada zəlzələlərin dəqiq proqnozu deyilən bir məsələ yoxdur. Bunun da çox sadə səbəbi var. Zəlzələ ocaqları yer səthindən minlərlə kilometr dərinlikdə yerləşdiyi üçün onu müəyyənləşdirmək mümkün deyil. Sadəcə olaraq, hansısa aktiv bölgələr üçün uzunmüddətli proqnozlar verilə bilər. Çünki burada zəlzələnin gücü və dəqiq vaxtı bilinmir. Eyni zamanda, ortamüddətli proqnozlar da ola bilər. Belə ki, seysmoloqlar daim müşahidələr aparırlar. Baxırlar ki, hansısa ərazilərdə həm seysmik baxımdan dəyişiklik gedir, həm də həmin ərazidə maqnit anomaliyaları dəyişir. Beləcə, haradasa aktivlik başlayarsa, onu görürlər. Təbii ki, əgər aktivlik başlayırsa, bu da zəlzələnin baş verməsi ilə nəticələnir. Amma aktivliyin nəticəsi olaraq zəlzələnin nə zaman baş verəcəyinin dəqiq proqnozunu vermək mümkün deyil”, - deyə Vüsalə Rafiqqızı vurğulayıb.

Zəlzələnin təbii fəlakətlər içində ən dəhşətli və böyük dağıntı yarada bilən təbiət hadisəsi olduğunu söyləyən şöbə müdiri deyib ki, insan tərəfindən zəlzələnin qarşısının alınması mümkün deyil. Zəlzələnin təsirinin azaldılması isə xırda texnogen hadisələrlə bağlıdır. Həmçinin seysmoaktiv bölgələrdə geoloji quruluşu müxtəlif olan ərazilərdə hansısa tikintilər aparılarkən həmin ərazilər öyrənilməli, yer qatında süxurların tərkibi tədqiq olunmalıdır. Zəlzələ dalğalarının sürətinin süxurlarda keçirməsi müxtəlifdir, bircinsli deyil. Bundan əlavə, qrunt sularının səviyyəsi öyrənilməlidir ki, həmin ərazidə zəlzələ olarsa, çox böyük fəsadlara yol açmasın.

“Azərbaycanda və dünyada elm adamları zəlzələni təxmin etmək üçün hansı işlər görüblər sualına cavab verən Vüsalə Rafiqqızı bildirib: “Azərbaycanda və dünyanın inkişaf etmiş ölkələrində zəlzələlərin öyrənilməsi üçün davamlı olaraq müşahidələr aparılır. Məsələn, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin 84 telemetrik seysmik stansiyası mövcuddur. Dünyada 6 böyük beynəlxalq seysmoloji təşkilat var. Ölkəmiz onların hamısında təmsil olunur və stansiyalarımız ən müasir texnologiyalarla işləyir. Telemetrik seysmik stansiyalar vasitəsilə müşahidə şəbəkəsi əsasında respublika ərazisinin seysmik rejimi, zəlzələ episentrlərinin paylanması qanunauyğunluğu, ocaq zonalarındakı seysmik proseslərin dinamikası tədqiq edilir.

Dərinlik qırılmalarının aktiv hissələri müəyyənləşdirilir və bu sahələrdə mümkün maksimal güclü zəlzələlərin intensivliyi qiymətləndirilir. Güclü zəlzələ ocaqlarının mexanizmi öyrənilir, böyük şəhərlərin seysmik riskləri araşdırılır, iri tikinti obyekt sahələrinin seysmikliyi tədqiq edilir. Seysmik stansiya fasiləsiz rejimdə işləyir. Çünki zəlzələ saniyələrlə baş verir. Ona görə də zəlzələnin hansı saniyədə baş verəcəyi məlum deyil. Seysmoloji cəhətdən aktiv olan bölgələrdə gün ərzində insanların hiss etmədiyi yeraltı təkanlar qeydə alınır. Bizim ölkəmizdə də gün ərzində 20-40 aralığında zəif zəlzələlər baş verir. Baş verən kiçik zəlzələlərin məlumatları emal və təhlil olunur, analizi aparılır. Çünki o təkanların analizi nəticəsində həmin ərazilərin seysmikliyinin vəziyyəti məlum olur”.

Diqqətə çatdırılıb ki, bundan əlavə, yerin qravitasiya sahəsi, maqnit anomaliyalarının dəyişməsi öyrənilir, kompleks şəkildə təhlil olunur. Amma hansısa bölgədə seysmoaktivlik baş verirsə, orada anomaliya və təcil dəyişir. Bu aktivlik isə müəyyən bir mərhələyə qədər davam edə bilər. Onun nə qədər davam edəcəyini isə bilmək olmur. Amma ola bilər ki, orada aşağı və orta maqnitudalı zəlzələlər baş versin. Yaxud da çoxlu kiçik təkanlı, hiss olunmayan zəlzələlər olsun. Yeraltı təkan baş verdikdən sonra avterşoklar gedir, tədricən isə zəlzələnin ocağı sönməyə başlayır və vəziyyət fon səviyyəsinə gəlib çatır. Aktivləşmə növbəti dəfə başlayanda elm adamları bilirlər ki, hansısa aktiv bölgədə gərginlik, aktivlik artır.

“Avropa Aralıq Dənizi Beynəlxalq Seysmoloji Təşkilatın rəhbəri də qeyd edib ki, dünyadakı reytinq cədvəlində Azərbaycan seysmologiya üzrə ilk beşlikdədir. Bunun da əsas səbəblərindən biri odur ki, Respublika Seysmoloji Xidmət Mərkəzi davamlı olaraq tədqiqatlarının sahəsini genişləndirərək, xarici elm adamları ilə əməkdaşlıq edir. Belə ki, ABŞ-ın Missuri, Kolumbiya, Massaçusets, Böyük Britaniyanın Oksford Universiteti və dünyadakı digər qabaqcıl təhsil müəssisələri, həmçinin Yaponiyanın seysmoloji təşkilatları ilə əməkdaşlığımız var. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi Böyük Britaniyanın Oksford Universiteti ilə də birgə tədqiqatlar aparıb. Belə ki, Oksford Universitetinin nümayəndələri Azərbaycanda olub, Göyçay, İsmayıllı, Ağsu rayonları, Şirvan şəhəri və Salyan rayonunun ərazisində birgə paleoseysmoloji tədqiqatlar həyata keçiriblər”, - deyə V.Rafiqqızı əlavə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

Səbaildə obyektdə baş verən yanğın məhdudlaşdırılıb – YENİLƏNİB 2 VİDEO

“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub

“Meta” şirkəti uşaqların təhlükəsizliyinə dair iş üzrə yenidən cərimələnib

Fransada sosialistlər arasında narazılıq yaranıb, partiya rəhbərliyinin qarşısında şərt qoyulub

Mançesterdə elektrik kəsintisinə görə dəmir yolunda gecikmələr davam edir

Fransada işsizlik səviyyəsi 8,3 faizə yüksəlib

“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib

Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsinin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Malayziyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Deputat: ABŞ-də paraflanan sülh sənədi Cənubi Qafqazda yeni geosiyasi mərhələnin əsasını qoyub

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İ.Ş.Davudovun Azərbaycan Respublikasının Malayziyada, eyni zamanda Bruney Darüssalamda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

X.N.Fərhadovun Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.Z.Nağdəliyevin Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

A.A.Məhərrəmovun Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Ayaks”ın sabiq baş məşqçisi Qazaxıstan millisində

Azərbaycan coğrafi informasiya sistemləri sahəsində istehlakçı deyil, töhfə verən ölkə ola bilər – MÜSAHİBƏ

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mikayıl Cabbarov: “SOCAR karbamid” qabaqcıl texnologiyalar sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir

Paytaxtda 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır

“Media Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 26 sentyabr tarixli 1846 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək

Azərbaycan Respublikası Media və Yayım Şurasının STRUKTURU

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 449-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova

ABŞ-də “Boeing” təyyarələrinin icbari yoxlaması aparılacaq

Meşə yanğınları Avropa ölkələrinə 19 milyard avrodan çox iqtisadi zərər vurub

Proqram mühəndisliyinə dair elmi əsərlərin xülasələr toplusu dərc edilib

Bədii gimnastika üzrə 31-ci ölkə çempionatı başa çatıb

Dövlət Xidməti enerji sektorunda kibertəhlükəsizlik üzrə yüksəksəviyyəli simulyasiya təlimi keçirib

Dövlət Neft Fondu Perunun ən böyük elektrik enerjisi istehsalçısı olan şirkətə investisiya yatırıb

Ucarda 1 tondan çox çətənə kolu məhv edilib

Azərbaycanın gənc qolfçusu beynəlxalq turnirin qalibi olub

“Sinxua”: Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanı nəqliyyat-logistika habına çevirir

Qeyri-peşəkar müdaxilələr avtomobillərdə yanğın təhlükəsi yaradır – Ekspert rəyi

Gənc alim və tədqiqatçılar üçün yay düşərgəsi təşkil olunacaq

ADSEA: Su təchizatı şəbəkələrində aparılan təmir işlərini yalnız yay mövsümü ilə əlaqələndirmək düzgün deyil

“Brent” nefti iyulun 13-dən bəri ilk dəfə 83 dollardan yuxarı ticarət edilir

Bu saata olan əsas xəbərlər

Vaşinqton görüşü: Azərbaycan sülh gündəliyini və regionun gələcək inkişaf istiqamətlərini müəyyən edən dövlətə çevrildi

BMU məzunu ABŞ-nin nüfuzlu universitetində təhsilini davam etdirəcək

Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub

Vidadi Rzayev: Qarabağ” son 3 oyunda qol vura bilməsə də, transferləri uğursuz hesab etmirəm

Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter verilib

ADPU-da 600 bal və yuxarı nəticə göstərən ilk 10 tələbəyə “Uğur” təqaüdü veriləcək

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayacaq

Ötən gün narkotiklərlə əlaqəli 29 fakt müəyyən edilib

Magistratura təhsili əmək bazarında üstünlük yaradırmı?

Tərtərdə yanğın törədərək iki nəfəri öldürən və cinayəti gizlətməyə çalışan şəxs ifşa edilib

Dayazlaşan Dunay çayında Qədim Roma dövrünə aid körpünün qalıqları üzə çıxıb

Tovuzda pensiya və sosial müavinətlərə dair ictimai dinləmə olacaq

Penitensiar müəssisələrin kitabxana fondları zənginləşdirilib

Kətanda əbədiləşən Azərbaycan sevgisi

“Fitch Ratings” agentliyi İpoteka və Kredit Zəmanət Fondunun reytinqini yenidən “BBB-/stabil” səviyyəsində təsdiqləyib

Ankara Ceyhan limanını “Türkiyə Rotterdamına” çevirməyi planlaşdırır

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Yetmiş min manat dəyərində elektrik naqillərini oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycan-Ukrayna münasibətləri: Strateji tərəfdaşlığın yeni vizyonu - TƏHLİL

Türk xalqlarının İslamaqədərki fəlsəfi irsi sistemli şəkildə araşdırılıb

Vaşinqton görüşündə Azərbaycanın irəli sürdüyü prinsipial mövqelər aktuallığını qorudu - ŞƏRH

RF Müdafiə Nazirliyi: Rusiya səmasında 200-dən çox dron məhv edilib

Qızılın qiyməti yanvardan bəri ən güclü həftəlik artım nümayiş etdirir

Nazirlik: “Əmək və Məşğulluq” altsistemində hazırda 65 mindən çox aktiv vakansiya var

Rəqəmsal arxeologiya üzrə təlimlər Ağstafa və Gədəbəydə davam edir

Birinci yarımildə "Mobil Notariat”ın üzərindən rəsmiləşdirilən notariat hərəkətlərinin sayı məlum olub

Avropada qaz anbarlarının doluluq nisbəti 2011-ci ildən bəri ən aşağı səviyyədədir

Alimlər: Qlobal istiləşmə düyü məhsuldarlığını azaldır

Müqavilə olmasa da, müəllif qonorarı ödənilməlidir - Ali Məhkəmə

Bakıda badminton üzrə beynəlxalq turnir keçiriləcək

Yarım ildə KOB evlərində biznes subyektlərinə 234 mindən çox xidmət təqdim olunub

Azərbaycan Avrasiyada mühüm nəqliyyat və logistika qovşaqlarından birinə çevrilib- ŞƏRH

İyulda Bakı metrosundan 16 milyondan çox sərnişin istifadə edib

Enerji auditoru ixtisas attestatının əldə edilməsi məqsədilə növbəti attestasiya elan edilir

Kolleclərə qəbul üzrə ixtisas seçimi avqustun 9-dək davam edəcək

Naxçıvanda kanalda batma təhlükəsilə üzləşmiş şəxs xilas edilib

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Azərbaycan nefti 93,37 dollara satılır VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

21 yaşlı gənc “Yeni Xan qızı" kanalında batıb VİDEO

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

"Azəristiliktəchizat" ASC vətəndaşlara müraciət edib

Bu gün bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilələr olacaq

Tailandda məktəbdə baş verən atışma nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

Yekaterinburqa dron hücumu olub

Buenos-Ayresdə etiraz aksiyası toqquşma ilə nəticələnib

Paytaxtın bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Rumıniya hökuməti elektrik enerjisi istehlakını məhdudlaşdırmaq qərarına gəlib

Avropada istidən 25 mindən çox insan ölüb

Britaniya hökuməti “Paramount” ilə “Warner Bros. Discovery”nin birləşməsinə razılıq verib

Bütün ermənilərin katolikosu bu gün hakim qarşısına çıxacaq

ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

ÜST legioner xəstəliyinin yayılmasının səbəbini açıqlayıb

Amerikalı astronavtlar quraşdırma işlərindən sonra Beynəlxalq Kosmik Stansiyaya qayıdıblar

Husi silahlıları Səudiyyə Ərəbistanında mülki şəxslərə hücum ediblər

Almaniyanın Aİ ÜDM-dəki payı son 15 ilin ən aşağı səviyyəsinə düşüb

"Real Madrid" Vinisius Junior ilə müqaviləni uzadıb

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Cəlilabadda avtomobil 50 metrlik hündürlükdən aşıb, 4 nəfər xəsarət alıb VİDEO

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı