Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil edilir
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha bir layihə icra edilir.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, İnqilab İsmayılov küçəsindən Zığ şosesinə çıxmaq istəyən sürücülər 1500 metr məsafə qət edərək Gəncə prospekti ilə kəsişmənin yaxınlığındakı geriyədönmə yerindən istifadə etməli olurlar. Əks istiqamətdə isə Zığ şosesindən İnqilab İsmayılov küçəsinə daxil olmaq istəyən nəqliyyat vasitələri Hövsan şosesindəki dairəyə kimi 5,5 kilometr izafi nəqliyyat yürüşü etməklə, yaxud Gəncə prospektində yaşayış binalarının daxili yollarından istifadə edir. Bu da həmin yolların yüklənməsinə səbəb olur.
Layihəyə əsasən, Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa keçid təşkil edilir. Təhlillərin nəticəsinə əsasən, İnqilab İsmayılov küçəsinin Zığ şosesi ilə kəsişməsində Zığ qəsəbə sakinlərinin yola birbaşa çıxışını təmin etmək məqsədilə dəmir konstruksiyalı arakəsmələr götürülərək işıqforların quraşdırılması ilə nizamlanan yol kəsişməsi yaradılır.
Layihənin icrası ilə ərazidə nəqliyyat vasitələrinin hərəkəti asanlaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]
Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacları əkilib
- 06.06.2026 [17:11]
Xaçmazda futbol üzrə regional turnirin qalibləri mükafatlandırılıblar
- 06.06.2026 [16:31]
Çinli tələbələr festivalda Azərbaycan mədəniyyətini tanıdıb
- 06.06.2026 [15:48]
Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro cəlb edib
- 06.06.2026 [15:21]
Gəncədə Azərbaycan–Aİ əməkdaşlığının 30 illiyi qeyd olunur
- 06.06.2026 [15:20]
Sabah Ermənistanda parlament seçkiləri keçiriləcək
- 06.06.2026 [15:14]
Ukrayna dronları Rusiya Hərbi Dəniz Qüvvələrinin bazasına zərbə endirib
- 06.06.2026 [15:06]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 06.06.2026 [14:54]