“Zirə” klubu “Qəbələ”yə böyük hesabla məğlub olub
Bakı, 7 may, AZƏRTAC
Mayın 7-də Azərbaycan Premyer Liqasında XXXIII turun oyunlarına start verilib.
AZƏRTAC xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə oynanılır.
Günün mərkəzi görüşündə debütant “Zirə” “Qəbələ” klubunu qəbul edib. Gümüş medala iddialı və doğma meydanda uduzmağa adət etməyən Adil Şükürovun komandası sona iki tur qalmış “Qəbələ”yə məğlub olub - 0:3. Belə ki, Rafael Santos matçın 25-ci dəqiqəsində hesabı açıb. İkinci hissədə Ermin Zets daha iki qol vurub. O, 47 və 79-cu dəqiqələrdə dubl müəllifi olub.
Beləliklə, xalını 53-ə çatdıran “Qəbələ”nin dördüncü pillədəki mövqeyi dəyışməz qalıb. “Zirə” də uduzmağına baxmayaraq 60 xalla turnir cədvəlində ikinciliyini qoruyub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]