Zlatan İbrahimoviç UEFA Çempionlar Liqasının tarixinə düşüb
Bakı, 23 noyabr, AZƏRTAC
İsveçli ulduz futbolçu Zlatan İbrahimoviç UEFA Çempionlar Liqası tarixində yeni rekord müəyyənləşdirib.
AZƏRTAC xəbər verir ki, Z.İbrahimoviç “Mançester Yunayted”in heyətində UEFA Çempionlar Liqasında ilk dəfə meydana çıxmaqla yeni rekorda imza atıb. Belə ki, İngiltərə təmsilçisi onun UEFA Çempionlar Liqasında formasını geydiyi yeddinci klub olub. O, “Bazel”-“Mançester Yunayted” görüşünün 74-cü dəqiqəsindən matçın sonunadək oyunda yer alıb.
İndiyədək “Ayaks”, “Yuventus”, “İnter”, “Barselona”, “Milan” və PSJ ilə Çempionlar Liqasına qatılan İbrahimoviç yeddi klubla bu həyəcanı yaşayan ilk futbolçu ünvanına sahib olub.
Qeyd edək ki, Nikola Anelka və Xavyer Saviola altı klubun heyətində UEFA Çempionlar Liqası həyəcanını yaşayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]