Zurab Abaşidze: Gürcüstan-Rusiya münasibətlərinin nizamlanmasına dair danışıqlar Praqada aparılacaq
Tbilisi, 11 mart, AZƏRTAC
Gürcüstan ilə Rusiya arasında münasibətlərin nizamlanmasına dair danışıqların növbəti mərhələsi martın 19-20-də Praqada keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Baş Nazirinin Rusiya ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze məlumat verib. Onun sözlərinə görə, iki ölkə arasında danışıqların növbəti mərhələsinin koronavirusa görə təxirə salınması barədə məlumatların heç bir əsası yoxdur. Nə Rusiya, nə də Gürcüstan tərəfi danışıqların təxirə salınması barədə heç bir təklif irəli sürməyib. Danışıqların növbəti mərhələsi martın 19-20-də Praqada keçiriləcək.
Xüsusi nümayəndə bildirib ki, danışıqların bu mərhələsində iqtisadi, humanitar, ticari və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçiriləcək.
Qeyd edək ki, Gürcüstan tərəfindən danışıqları Baş Nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze, Rusiya tərəfindən isə Xarici İşlər nazirinin sabiq müavini, senator Qriqori Karasin aparır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]