Aviakosmik mövzuda keçirilən konfranslar Azərbaycanı bu sahədə daha da irəli aparacaq VİDEO
Bakı, 12 fevral, Elvin Camalov, AZƏRTAC
Aviakosmik mövzuda keçirilən konfranslar Azərbaycanı bu sahədə daha da irəli aparacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda “Aviakosmik məsələlərin həllində gənclərin yaradıcı potensialı” mövzusunda keçirilən III beynəlxalq elmi-praktik gənclər konfransında iştirak edən ABŞ-ın Arizona Universitetinin təmsilçisi İldar Qabitov deyib.
O bildirib ki, təşkil edilən konfrans və məruzə etdiyi biofotonika mövzusu tələbələr, gənc kadrlar üçün çox vacib istiqamətdir. Aviakosmik mövzuda təşkil edilən konfranslar çox ölkələri bir araya gətirir. Azərbaycanda keçirilən konfrans bu sahə üzrə ölkəni daha da irəli aparacaq.
“Mən bir neçə dəfə Milli Aviasiya Akademiyasında olmuşam. Konfransın keçirilməsi üçün əlverişli məkan, gözəl təşkilatçılıq, öyrənmək üçün yaxşı mühit, avadanlıqlar var. Burada yaradılan şərait mənim çox xoşuma gəlir”, - deyə İ.Qabitov vurğulayıb.