Ermənistana məxsus növbəti taktiki PUA zərərsizləşdirilib VİDEO
Bakı, 3 mart, AZƏRTAC
Ermənistana məxsus növbəti taktiki pilotsuz uçuş aparatı (PUA) ələ keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, martın 3-də günorta saatlarında cəbhənin Ağdam istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən zərərsizləşdirilib.