Genişmiqyaslı təlimlər davam edir VİDEO
Bakı, 13 mart, AZƏRTAC
Silahlı Qüvvələrin davam edən təlimlərində qoşunların komanda idarəetmə məntəqələrində döyüş fəaliyyətləri təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qərargahlarda tapşırıqlar aydınlaşdırılır, vəziyyət qiymətləndirilir, qərarlar qəbul edilir və qoşunlara müvafiq göstərişlər verilir.