“Artilleriya atəşinin ustaları” müsabiqəsində sınaq atışları icra olunub VİDEO
Bakı, 27 iyul, AZƏRTAC
“Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən komandalar yarışların şərtləri ilə tanış olub, silahlardan sınaq atışları icra ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan artilleriyaçılarının da qatıldığı müsabiqədə 11 ölkədən komanda iştirak edir.