Müdafiə naziri tikintisi davam edən hərbi obyektlərdə olub VİDEO
Bakı, 1 avqust, AZƏRTAC
Cəbhəboyu zonada səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti tikintisi davam etdirilən hərbi obyektlərdə olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-polkovnik Zakir Həsənov inşaat işlərinin keyfiyyəti ilə maraqlanıb və müvafiq tapşırıqlar verib.