Azərbaycan hərbçiləri “Artilleriya atəşinin ustaları” müsabiqəsinin açılış mərasimində iştirak ediblər VİDEO
Bakı, 1 avqust, AZƏRTAC
Xəbər verdiyimiz kimi, Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan hərbçiləri “Artilleriya atəşinin ustaları” müsabiqəsinin təntənəli açılış mərasiminə qatılıblar.