“Artilleriya atəşinin ustaları” müsabiqəsi mərhələlər üzrə davam edir VİDEO
Bakı, 3 avqust, AZƏRTAC
Azərbaycan hərbçilərinin də iştirak etdikləri və Qazaxıstanın Otar hərbi bazasında “Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsi mərhələlər üzrə davam edir.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.