Nigeriyalı qonaq: Azərbaycanda tarixi və mədəniyyət abidələrinin qorunmasına xüsusi diqqət yetirilir VİDEO
Bakı, 25 sentyabr, AZƏRTAC
IAEA 2019 konfransı çərçivəsində gözəl mədəni proqram təşkil olunub. Biz iştirakçılar Bakının tarixi məkanlarını gəzərək ölkənizin zəngin mədəniyyəti ilə yaxından tanış oluruq.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən IAEA-nın 45-ci konfransının iştirakçısı, Nigeriya Milli İmtahan Şurasının nümayəndəsi Oladipupo Oladele Moses AZƏRTAC-a müsahibəsində söyləyib.
Nigeriyalı qonaq Azərbaycanda tarixi və mədəniyyət abidələrinin qorunmasına dövlət tərəfindən xüsusi diqqət göstərildiyini bildirib. Şəhərinizdəki zəngin tarixi və memarlıq abidlərinin, məkanların qorunub saxlanılması bunu bir daha təsdiqləyir”, - deyə Oladipupo Oladele Moses bildirib.