Minaatan batareyaları döyüş atışları icra edir VİDEO
Bakı, 23 aprel, AZƏRTAC
Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölmələr şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə atəş açmaqla qarşıya qoyulan tapşırıqları icra edir.