SİYASƏT
Lord Devid Evans: Mülki şəxslərə qarşı hücumlar Ermənistanın nə qədər aqressiv olduğunun göstəricisidir VİDEO
London, 6 oktyabr, AZƏRTAC
Mən dost Azərbaycan xalqına və Prezident İlham Əliyevə öz xoş arzularımı çatdırıram. O, Azərbaycan xalqı üçün mükəmməl şəxsdir.
Bu sözləri Böyük Britaniya parlamentində Lordlar Palatasının üzvü Devid Evans AZƏRTAC-a müsahibəsində deyib.
“Müharibəyə görə həyatını itirən şəxslərə görə dərin kədər hissi keçirirəm və ailələrinə başsağlığı verirəm. İnsanlar həyatlarını itirir və yaralanırlar, bu, çox kədərlidir. Mülki şəxslərə qarşı olan bu hücumlar Ermənistanın nə qədər aqressiv olduğunun göstəricisidir. Mən istəyərdim ki, müharibə sona çatsın, tezliklə nəticə əldə olunsun, beynəlxalq arenada Azərbaycan əraziləri kimi tanınan torpaqları özünə qaytarılsın”, - deyə Lord Evans bildirib.
O, bu gün Türkiyənin Xarici İşlər nazirinin Azərbaycana səfərindən söz açaraq deyib: “Düşünürəm ki, bu səfər hər iki tərəf üçün yaxşı nəticə verəcək”.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London