Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu keçirilib

Bakı, 2 dekabr, AZƏRTAC

Dekabrın 2-də ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) keçirilib.

AZƏRTAC xəbər verir ki, BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak ediblər.

ADA Universitetinin prorektoru Vafa Kazdal rektor, professor Hafiz Paşayevin adından forum iştirakçılarını salamlayıb. O, belə bir foruma ev sahibliyi etməkdən böyük qürur hissi keçirdiklərini bildirərək qeyd edib ki, bu tədbir ADA Universitetinin dünya miqyasında sülhün, əmin-amanlığın qorunmasında üzərinə götürdüyü öhdəçilikdən xəbər verir.

Mədəniyyət Nazirliyi Media və kommunikasiya şöbəsinin müdiri Məryəm Qafarzadə çıxış edərək “Mədəniyyət naminə sülh” kampaniyası haqqında məlumat verib. Bildirib ki, mədəniyyət üçün sülh vacib məfhumdur.

Diqqətə çatdırılıb ki, bu ilin aprel ayında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən “Mədəniyyət naminə sülh” (Peace4Culture) adlı qlobal kampaniya irəli sürülüb. Yeni platforma mədəni irsin qorunması, dinc və dayanıqlı sülhsevər cəmiyyətlərin qurulması və beynəlxalq sülh sistemlərinin gücləndirilməsi, eləcə də sülhün əldə olunmasında mədəniyyətin rolu ilə yanaşı, mədəniyyətin inkişafında sülhün rolunun öyrənilməsi məqsədi daşıyır. Artıq ötən dövr ərzində bir sıra beynəlxalq təşkilat və ölkələrdən bu layihəyə dəstək ifadə olunub.

Şöbə müdiri tədbirin proqramı haqqında məlumat verdikdən sonra forum plenar iclaslarla işini davam etdirib.

“Yalnız mədəniyyətin sülh üçün nə edə biləcəyini deyil, sülhün də mədəniyyət üçün nə edə biləcəyini düşünək” adlı birinci plenar sessiya Mədəniyyət Nazirliyinin Aparat rəhbəri, “Mədəniyyət naminə sülh” qlobal kampaniyası İşçi Qrupunun rəhbəri Vasif Eyvazzadənin moderatorluğu ilə gerçəkləşib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın Qələbəsi ilə başa çatıb. Bu Qələbə Cənubi Qafqaz üçün böyük imkanlar yaratdı: “Məqsədimiz dayanıqlı sülhü təşviq etməkdir. Təkcə ticarət yolları deyil, mədəni tərəfdaşlıq da əsasdır. Azərbaycanın işğal altında olan ərazilərində mədəni irsimiz dağıdılaraq məhv edilib. 30 il müddətində biz BMT və UNESCO-nu bu işə cəlb etmişdik və bu müddətdə UNESCO-nun bu ərazilərə səfərini gözlədik ki, bu təşkilat mədəni irsimizə qarşı törədilən vəhşiliyi beynəlxalq aləmə göstərsin. Bu gün Azərbaycan UNESCO İcraiyyə Şurasına seçilməklə bir daha etibarını göstərdi”.

Hikmət Hacıyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etdiyinə görə ICESCO-nun Baş direktoruna təşəkkürünü bildirib: “Biz Azərbaycanın əsrlərlə yaratdığı digər xalqlara hörmət təcrübəsini paylaşmaq istəyirik. Bu mənada “Mədəniyyət naminə sülh” platforması çox vacib əhəmiyyət daşıyır”.

Daha sonra BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinosun videomüraciəti dinlənilib. Ali nümayəndə Sivilizasiyalar Alyansı ilə Azərbaycanın əlaqələri haqqında fikirlərini bölüşüb. Diqqətə çatdırıb ki, Azərbaycan Mədəniyyət Nazirliyinin bu təşəbbüsü alyansın missiyasına uyğundur: “Bu təşəbbüs davamlı sülh üçün vacib elementləri özündə ehtiva edir. Müxtəlif mədəniyyətlər arasında anlaşma yaradaraq sülhü təbliğ edir. Bu təşəbbüsü həyata keçirmək üçün əl-ələ verərək çalışmalıyıq”.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov qonaqları salamlayaraq nazirliyin “Mədəniyyət naminə sülh” təşəbbüsünü doğuran əsaslardan söz açıb: “Biz işğaldan azad olunmuş ərazilərimizə gedən zaman Ermənistan tərəfindən sosial infrastruktura, mədəni mirasımıza qarşı həyata keçirilən vandalizm və talançılığın miqyasını tam şəkildə görə bildik. Başa düşdük ki, bu dağıdılmış infrastrukturu bərpa etmək üçün bizə dayanıqlı sülh lazımdır. Bu səbəbdən də Mədəniyyət Nazirliyi sülhü təşviq etmək yeni təşəbbüslə çıxış etdi”.

Sülh və mədəniyyət arasında mühüm qarşılıqlı əlaqənin olduğunu bildirən Anar Kərimov qeyd edib ki, mədəniyyətin yenidən çiçəklənməsi üçün sülh vacib amildir: “Burada həm də münasibətlərin dirçəlişindən söhbət gedir. İkinci vacib element mədəniyyətin rolunu vurğulamaqdır. Üçüncü element budur ki, Azərbaycan bütün problemlərə rəğmən etnik və mədəni təmizlənməyə baxmayaraq hələ də mədəniyyətin sülhü təşviq edə biləcəyinə inanır. Bu təşəbbüs bölgədə dayanıqlı sülhə yol aça bilər. Azərbaycan uzunmüddətli sülh proqramının qurulmasına cəhd göstərir. 2008-ci ildə bünövrəsi qoyulan “Bakı prosesi” Azərbaycan Prezidenti İlham Əliyevin bütün dünyaya dialoqu təşviq etmək məqsədi daşıyırdı. Bu təşəbbüs böyük qlobal platformaya çevrilə bildi”.

Nazir qeyd edib ki, “Mədəniyyət naminə sülh” platforması bəşəriyyət üçün yeni imkanlar yarada bilər: “Bu təşəbbüsün nəticə verməsi üçün praktiki fəaliyyətlər haqqında düşünürük və artıq işlər tədbirlər planı halına çevrilir. 2022-2027-ci illər üçün nəzərdə tutulan tədbirlər planında 6 istiqamət üzrə fəaliyyət nəzərdə tutulub. Mədəniyyət dili sülhə yol açmaq üçün ən gözəl ideyadır və biz bu imkanlardan istifadə edəcəyik. Beynəlxalq tərəfdaşları bu təşəbbüsləri dəstəkləməyə çağırır və forumun işinə uğurlar arzulayıram”.

Foruma videoformatda qoşulan ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik qlobal təşəbbüsə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Qeyd edib ki, cəmiyyət olaraq dünyaya sülh toxumları əkilməlidir və mədəniyyətin inkişafı bundan asılıdır. “Azərbaycan Mədəniyyət Nazirliyinin bu ideyası sülh üçün yeni davranışları təşviq edir və biz bu təşəbbüsü dəstəkləyirik. Sülhü qorumaq missiyası çox vacibdir. Mədəniyyət anlamı isə bütün insanları bir araya gətirəcək məfhumdur. İnanıram ki, Azərbaycan bu təşəbbüslə qlobal sülhə öz töhfələrini verəcək”, - deyə Baş direktor bildirib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyası mədəniyyətinin təbliği və təşviqinin əhəmiyyətini qeyd edib, fondun bu istiqamətdə həyata keçirdiyi layihələrdən söz açıb: “Əminəm ki, bu platforma mədəni irsin qorunmasına, münaqişə zonalarında həyatın dirçəlməsinə və ən dəyərli ideallarımızın əldə olunmasına kömək edəcək. Bizim beynəlxalq təşkilatımız üçün bu çağırış böyük əhəmiyyətə malikdir və bu gün mən bu işə dəstəyimizi rəsmən bəyan edirəm!”.

Tarixi dövrlərdən bəri mədəniyyətin yer üzündə sivilizasiyanı qorumaq üçün əsas amil olduğunu söyləyən G.Əfəndiyeva deyib: “Bu gün dünya mədəniyyətinin tarixi, tolerantlığın yaşamaq, dinc yanaşı yaşamaq, əməkdaşlıq və bəşəriyyətin davamlı inkişafı şəraiti kimi rolu haqqında ümumi biliklərin təkmilləşdirilməsi çox vacibdir”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun gördüyü işlərdən söz açan Günay Əfəndiyeva bildirib ki, fondun missiyası zəngin türk irsinin öyrənilməsi, qorunub saxlanması, tanıdılması və türk dünyasının mədəni dəyərləri ilə dünya birliyini tanış etməkdir.

“Bu gün bu mövzu bizim üçün aktual maraq kəsb edir, çünki təşkilat böyük "türk ölkələri Böyük İpək Yolu üzərində" layihəsini həyata keçirir”, - deyə fondunun prezidenti vurğulayıb.

Günay Əfəndiyeva deyib: “Fəxr edirik ki, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ, eləcə də Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa yenidən öz tarixi günlərini yaşayır. Qarabağ həqiqətlərini dünyaya çatdırmaq, o cümlədən bu regionda yerləşən türk dünyasının tarixi və mədəni abidələrini təbliğ etmək məqsədilə fond müxtəlif tarixi və tədqiqat kitabları nəşr edib, həmçinin “Qarabağın keçmişi, bu günü və gələcəyi" mövzusunda beynəlxalq konfrans keçirib. İnanıram ki, uzun illər işğalçılar tərəfindən vəhşicəsinə ləkələnməyə məruz qalmış tarixi irs bizim birgə səylərimizlə bərpa ediləcək”.

Etnik Anlaşma Fondunun (ABŞ) prezidenti Ravin Mark Şnayer Prezident İlham Əliyevin multikultural dəyərlərə diqqətini xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycanın uğurları onları çox sevindirir: “Bu gün dünyada 57 yəhudi icmasının ən böyüyü Azərbaycanda fəaliyyət göstərir. Müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin bu ölkədə sülh şəraitində yaşaması gözəl nümunədir və biz bu şəraitə görə minnətdarlığımızı bildiririk”.

KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (Avstraliya) baş katibinin müavini Elham Alşeyni forumun təşkilatçılarına minnətdarlığını bildirərək buradakı müzakirələrin regionda sülhü bərqərar edəcəyinə ümidvar olduğunu vurğulayıb. O, rəhbəri olduğu mərkəzin bu təşəbbüsü dəstəklədiyini qeyd edib.

Dünya şöhrətli Azərbaycan əsilli fotojurnalist Rza Diqqəti bildirib ki, bəşəriyyətdə baş verən müharibə, vəhşilik və qətlləri çəkib ictimaiyyətə nümayiş etməklə insanları sülhə təşviq edə bilərik: “İnsanlara sülhü bəzən şəkil dili ilə də təşviq etmək lazım gəlir. 1992-ci ildə Ermənistanın Xocalıda törətdiyi soyqırımı və ötən il Gəncəyə raket hücumları zamanı lentə aldığım kadrların beynəlxalq aləmdə nümayişi bəşəriyyəti sülhə səsləməklə bərabər, həqiqətləri bəyan etmək baxımından əhəmiyyətli idi”.

Panel iclasın sonunda çıxışçılar sualları cavablandırıblar.

Forum işini günün ikinci yarısında növbəti panel sessiya ilə davam etdirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Barselona” tarixi rekordu təkrarlayıb

Özbəkistanlı mühəndis-energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Nazir müavini: İşğaldan azad edilmiş ərazilərdə gənclərin inteqrasiyasına xüsusi diqqət yetirilir

“Azəriqaz” 9 ayda “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərində 52 mindən çox xidmət göstərib

Şəki Regional Elmi Mərkəzində YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr nəzərdən keçirilib

Deputat: Dövlət əhaliyə tək insan resursu kimi deyil, insan kapitalı kimi baxır

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Xankəndiyə səfər edib

Anar Axundov: Azərbaycan etibarlı tərəfdaş kimi beynəlxalq xarakterli investisiya layihələrini uğurla həyata keçirir

Azərbaycan minifutbol millisi U-23 dünya çempionatında ilk məğlubiyyətini alıb

“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib

Yaponiyada fövqəladə məlumatlandırma xidmətləri dayandırılıb

Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edib

Mərkəzi Bankın nümayəndə heyəti Dünya Bankı və Valyuta Fondunun toplantılarında iştirak edir

Fransada 65 il əvvəl əlcəzairli nümayişçilərin qətlə yetirilməsinin “dövlət cinayəti” kimi tanınması tələb olunur

Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb

Misir Dünya Bankı ilə əməkdaşlığı genişləndirmək niyyətindədir

lll Milli Rəqabət Forumunda birgə əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Qarabağ Dirçəliş Fondu “Rebuild Garabagh - 2026” sərgisində iştirak edir

Çempionlar Liqası oyunundan sonra Bakı Olimpiya Stadionunun ot örtüyü qənaətbəxş qiymətləndirilib

İslam Əməkdaşlıq Təşkilatının Bağdad sessiyasında 53 ölkə iştirakını təsdiqləyib

Dünyanın ən qədim gəmilərindən birinin qalıqları Antalyada aşkarlanıb

Dünyəvi təhsil və milli dəyərlər: məktəbin əsas missiyası

Azərbaycan Beynəlxalq İnşaat Sərgisində İtaliyanın milli pavilyonu açılıb

Belarus parlamentinin nümayəndə heyəti Gəncənin tarixi məkanlarını ziyarət edib

Laos Prezidenti “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Donald Tramp: Qrenlandiyamızda genişmiqyaslı neft və mineral kəşfiyyatı başlayır

Nazir müavini: Laosda fəaliyyət göstərən şirkətlər Azərbaycanın azad iqtisadi zonalarında müəssisə qura bilər

Yaponiya dəniz canlılarının qanunsuz ovlanmasına qarşı süni intellektli dronlardan istifadə edəcək

Laos Prezidenti: "ASAN xidmət"in fəaliyyətini yüksək qiymətləndirirəm

Türkiyə F-35 qırıcıları ilə bağlı ABŞ-nin cavabını gözləyir

Azərbaycan Türk dünyasının siyasi koordinasiyasını təmin edən əsas aktorlardan biridir -Ekspert rəyi

Nazir müavini: Ölkəmizdə həyata keçirilən islahatlar özəl sektorun genişlənməsi üçün mühüm imkanlar yaradıb

Laosun sənaye və ticarət nazirinin müavini: Azərbaycan Cənub-Şərqi Asiya bazarlarına çıxış əldə edə bilər

Agentlik sədri: lll Mili Rəqabət Forumu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm platformadır

Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

Zelenski Ukraynanın energetika sisteminə Rusiyanın hücumuna münasibət bildirib

Elnur Bağırov: Bazar iştirakçılarının fəaliyyətinə təsir edən amillərin araşdırılması rəqabət mühitinin təhlilinin tərkib hissəsidir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 14 oktyabr

Bakıda 90 küçə və prospektdə təmir işləri başa çatıb

® “Unibank” üçüncü rübün maliyyə nəticələrini açıqladı

Elnur Əliyev: Azərbaycan Biznesinin İnkişafı Fondu 4300-ə yaxın layihəni maliyyələşdirib

4SİM-in dəstəyi ilə Mühəndislik Universitetində “Təhsil üçün “Apple” Səlahiyyətli Təlim Mərkəzi” açılıb

Atakan Varol: AICT2026 konfransında çıxış etmək karyeram üçün böyük əhəmiyyət kəsb edir

Azərbaycanda 528 sahibkarlıq subyektinə 633 investisiya təşviqi sənədi verilib

Xalq artisti: Vahid məktəbli forması sosial bərabərlik baxımından əhəmiyyətlidir

® “Expressbank”ın xalis mənfəəti 65 faiz, depozit portfeli isə 19,5 faiz artıb

Rusiyada bir nəfərin ölümü ilə nəticələnən kütləvi dron hücumu dəf edilib

Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər

Bakıdan Laosa uzanan yeni tərəfdaşlığın perspektivləri - ŞƏRH

İcraçı vitse-prezident: İşgüzar Şuranın yaradılması hər iki ölkənin iş adamlarına köməklik göstərər

® “Expressbank” “Banking Excellence Award” mükafatına layiq görülüb

Çin və Şimali Koreya arasında on iki il əvvəl tikilən körpü açılır

Budəfəki hərracda 155 nəqliyyat vasitəsi satılıb

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Dövlətxan Dövlətxanov: Xəzər İnşaat Həftəsi yerli və xarici tərəfdaşlar üçün mühüm əməkdaşlıq platformasıdır VİDEO

Fransada 2027-ci il büdcəsinin müzakirələri başlayıb: sosialistlərin təklifi qəbul edilməyib

BMT: Dünyada yoxsul insanların sayı 1,2 milyarda çatıb

Çempionlar Liqası: “Sabah” ən intizamlı komandalar, Pokatilov ən yaxşı qapıçılar arasında ikincidir

Yanvar-sentyabr aylarında əlilliyi olan 11 min şəxsə 490 min reabilitasiya vasitəsi verilib

Səfir: İtaliya şirkətləri Azərbaycanla tikinti və infrastruktur sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır

Doqquz Azərbaycan vətəndaşı Qazaxıstanda təhsil alacaq

Pərviz Şahbazov: Bərpaolunan enerji layihələrinin reallaşdırılmasında rəqabətli seçim mexanizmlərinə xüsusi önəm verilib

Nazir: Rəqabət prinsiplərinin tətbiqində energetika sektorunun xüsusiyyətlərini nəzərə almaq vacibdir

BVF: İnkişaf etmiş ölkələrdə COVID-19-dan bəri ən böyük büdcə kəsirləri yarana bilər

Buxara Dövlət Universitetində “Yusif Qarabaği adına Azərbaycanşünaslıq Mərkəzi” açılıb

TADEF: “Bir millət, iki dövlət” sadəcə şüar deyil

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Elbay Qasımzadə: Azərbaycanda şəhərsalma sahəsində mühüm tədbirlər həyata keçirilir VİDEO

Azərbaycan Prezidenti: Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir

Prezident: İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır

Bakıda Azərbaycan-Laos investisiya və biznes-forumu keçirilir

Şəkidə Xaqani Şirvaninin 900 illiyinə həsr olunan tədbir – “Əsrlərdən gələn səs”

NASA-nın “Perseverance” Mars roveri başqa planetdə qət edilən ən uzun məsafə rekordu qırıb

Azərbaycan Prezidenti: Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir

Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq imkanları və perspektivlər

Cənubi Koreyada kimya zavodunda baş verən yanğın nəticəsində 7 min nəfər təxliyə edilib

Prezident: Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib

Baş məşqçi: U-15 dünya çempionatına tam hazır olduğumuzu inamla deyə bilərəm - MÜSAHİBƏ

Rəhman Hacıyev: Qarabağda iqtisadi marağın artırılması regionun gələcək inkişafına töhfə verəcək

Çin ilə Şimali Koreya arasında yeni körpü açılacaq

Erol Qelenbe: Hər bir texnologiya cəmiyyətə təsir etdikcə müxtəlif əlavə təsirləri meydana çıxır

Fransada nüvə energetikası sektorundakı bir sıra şirkətlərdə korrupsiya şübhələri ilə bağlı axtarış aparılıb

Elnur Bağırov: Sağlam rəqabət bazarlarda resursların səmərəli bölüşdürülməsinə və investisiyaların təşviqinə şərait yaradır

Abzetdin Adamov: AICT konfransına 20 il ərzində 70-ə yaxın ölkədən 1500-dən çox məqalə qəbul edilib

14 Oktyabr – Ümumdünya Standartlaşdırma Günüdür

UNEC-də Özbəkistan vətəndaşları üçün ikili diplom proqramına başlanılıb

Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı

Maja Qrbiç: AICT konfransı İKT sahəsində mühüm müzakirə platformasıdır

Almaniyada intiharların sayı artır

Məktəb dini və siyasi qarşıdurmaların deyil, bilik və tərbiyənin məkanı olmalıdır ŞƏRH

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Bəşir Hacıyev: Qarabağda şəhərsalma və infrastruktur sahələrində müasir yanaşmalar tətbiq edilir VİDEO

Ötən gün 73 cinayətin açılması təmin olunub

Media və Yayım Şurası: Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını qətiyyətlə pisləyirik

6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Garabagh” sərgisinin iştirakçılarına

BMT: Qlobal əmək bazarına daxil olacaq 800 milyona yaxın gənc işsiz qala bilər

Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb

Azərbaycanda yaşıl enerji istehsalı 4 milyard kilovat-saatı ötüb

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır VİDEO

Məsim Məmmədov: Bu il ölkəmizdə şəhərsalma və memarlıq sahəsində mühüm hadisələrlə yadda qalır VİDEO

Rasim Əliquliyev: AICT konfransı beynəlxalq elmi tədbirlər arasında xüsusi yer tutur

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Qızıl bahalaşıb, gümüş ucuzlaşıb VİDEO

Bakı Limanında konteyner daşımalarının həcmi 30 faiz artıb