İQTİSADİYYAT
İnam Kərimov: Azərbaycanda aqrar sahənin inkişafı üçün əlverişli şərait yaradılıb VİDEO
Bakı, 21 dekabr, AZƏRTAC
Azərbaycanda aqrar sahənin inkişafı üçün əlverişli şərait yaradılıb. Fermerlərə qayğı daim dövlətin diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov dekabrın 21-də Bakıda keçirilən Aqrobiznesin İnkişafı Forumunda deyib.
Nazir qeyd edib ki, fermerlərə müxtəlif vergi güzəştləri tətbiq edilir, zəruri texnika və avadanlıqla təmin olunurlar. Bu da aqrar sahənin inkişafına təkan verən mühüm amillərdəndir. İnam Kərimov əlavə edib ki, cari ilin yanvar-noyabr aylarında kənd təsərrüfatı sahəsində məhsul ixracının 3,8 faiz artması bunun bariz göstəricisidir.
Qeyd edək ki, forumda aqrobiznesin inkişafı, kənd təsərrüfatı məhsullarının emalı və ixracı istiqamətində müzakirələr aparılır.