Bakı-Ağdam-Bakı müntəzəm avtobus marşrutu üzrə reyslər davam edir VİDEO
Bakı, 31 yanvar, AZƏRTAC
Bakı-Ağdam-Bakı müntəzəm avtobus marşrutu üzrə reyslər davam edir.
AZƏRTAC xəbər verir ki, daha bir avtobus Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksindən 06:30-da Ağdam istiqamətinə hərəkət etdi.
Qeyd edək ki, hazırda Ağdama iki istiqamətdən - Bakı və Bərdədən avtobuslar hərəkət edir.
Xatırladaq ki, Bakı-Ağdam-Bakı avtobus reysi həftədə iki dəfə həyata keçirilir və Bakıdan Şuşaya avtobus bileti 9 manat 40 qəpikdir.