19 saylı Nərimanov I seçki dairəsi üzrə bütün məntəqələr zəruri avadanlıqla təmin edilib
Bakı, 1 sentyabr, AZƏRTAC
19 saylı Nərimanov I seçki dairəsi dairə seçki komissiyasının tərkibində olan 37 seçki məntəqəsi bütün zəruri avadanlıqla təmin edilib.
Bu barədə AZƏRTAC-a dairə seçki komissiyasının sədri Azad Nəbiyev məlumat verib. O qeyd edib ki, şəffaflığın təmin edilməsi məqsədilə dairənin 11 məntəqəsində veb-kameralar quraşdırılıb. Bütün seçki məntəqələrində əhalinin rahatlığı nəzərə alınıb və seçicilərin öz istədikləri namizədə səs vermələri üçün hər cür şərait yaradılıb.