Azərbaycan Dövlət İnformasiya Agentliyi

2020-2021-ci tədris ili rəqəmlərdə

2020-2021-ci tədris ili rəqəmlərdə

Bakı, 17 iyun, AZƏRTAC

Təhsil Nazirliyi 2020-2021-ci tədris ilinə dair statistik göstəriciləri açıqlayıb. AZƏRTAC Təhsil Nazirliyinə istinadla 2020-2021-ci tədris ilinin statistik göstəricilərini təqdim edir.

Məktəbəqədər və ümumi təhsil

166 minədək uşaq birinci sinfə gedib

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib. Tədris ilində birinci siniflərə 165 511 uşaq qəbul edilib.

Ölkə üzrə 106 min 580 uşaq məktəbəhazırlığa cəlb edilib

2020-2021-ci tədris ilində respublika üzrə ümumtəhsil məktəbində fəaliyyət göstərən 6 110 məktəbəhazırlıq qrupunda 106 580 nəfər uşaq təhsilə cəlb edilib.

İcma əsaslı məktəbəqədər təhsil qrupları

2020-2021-ci tədris ilində ölkə üzrə 50 şəhər və rayonda təşkil edilən, ümumi sayı 500-ə çatan icma əsaslı məktəbəqədər təhsil qruplarında 10 minə yaxın 3-4 yaşlı uşaq təhsilə cəlb edilib.

94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib

2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 30 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. Təhsil Nazirliyi tərəfindən 94 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 27-də tikinti, bərpa-gücləndirmə, 7-də əsaslı təmir işləri görülüb, 60 modul tipli məktəb quraşdırılıb.

339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsait

2020-2021-ci tədris ilində ölkənin dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 339 adda 7 milyon 233 min 214 nüsxə dərslik və metodik vəsait çap edilib. Bütün dövlət ümumi təhsil müəssisələrində yeni dərsliklər istifadəyə verilib. Dərsliklər sırasında I sinif “Azərbaycan dili (tədris dili)”, I sinif "Riyaziyyat”, I sinif “Azərbaycan dili (dövlət dili)” fənni üzrə dərsliklər yer alır. Yeni dərsliklər sırasında "Macmillan" Nəşriyyatının “İngilis dili” fənni üzrə 1-ci siniflər üçün hazırladığı “Happy Campers” dərsliyi də var.

“Dərs vaxtı”nın 9548-ci buraxılışı efirə gedib

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin 2020-2021-ci tədris ilində 9548-ci buraxılışı efirə gedib.

“Virtual məktəb” - Ən iri milli platforma

2020-2021-ci tədris ilinin sonlarına doğru platformada qeydiyyatdan keçmiş şagirdlərin sayı 1 milyon 426 min 721, müəllimlərin sayı 128 min 186, aktiv istifadəçi sayı 1 milyon 123 min 126 təşkil edib.

“Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqi genişləndirilib

2020-2021-ci tədris ilində Təhsil Nazirliyinin “İnformatika” fənninin yeni formatda tədrisi üzrə “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiqi uğurla davam etdirilib. Layihə hazırda Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Biləsuvar, Şamaxı, Lənkəran, Şirvan, Şəki şəhər və rayonları üzrə 222 məktəbi və 120 minədək şagirdi əhatə edir.

Beynəlxalq fənn olimpiadalarında yüksək nəticə

2020-2021-ci tədris ilində Azərbaycan məktəbliləri müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 3 qızıl, 12 gümüş, 29 bürünc medal və 9 həvəsləndirici mükafat olmaqla ümumilikdə 44 medal əldə ediblər.

5345 müəllim müddətsiz əmək müqaviləsi ilə işə qəbul hüququ qazanıb

2020-2021-ci tədris ili üzrə 8899 namizəd ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş müsabiqə əsasında müddətli müqavilə ilə işə qəbul olunub. Namizədlər üçün təşkil olunan onlayn müsahibələrdə 5345 nəfər uğur qazanaraq müddətli müqavilə əsasında çalışdıqları məktəbə 2020-2021-ci tədris ilindən etibarən müddətsiz əmək müqaviləsi ilə təyin olunmaq hüququ qazanıb.

Məktəbdənkənar fəaliyyət

2020-2021-ci tədris ili ərzində məktəbdənkənar fəaliyyət üzrə keçirilən tədbirlərdə 200 mindən artıq şagird iştirak edib.

Təhsil Nazirliyinin tabeliyində olan uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri milli yığmanın tərkibində beynəlxalq yarışlarda uğurla çıxış edərək Avropa çempionat və birinciliklərində 2 qızıl, 3 gümüş və 5 bürünc medal, dünya miqyaslı yarışlarda 2 gümüş və 5 bürünc medal qazanıb.

Peşə təhsili

Peşə təhsili müəssisələrinə qəbul

2020-2021-ci tədris ilində 120 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul aparılıb. 14 mindən çox şəxs peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən il ilə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub.

Elektron qəbul prosesi

2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul ilk dəfə olaraq elektron qaydada iki mərhələli şəkildə aparılıb. Elektron müraciətlər http://qebul.vet.edu.az/ saytı üzərindən ünvanlanıb.

Peşə ixtisası üzrə dərsliklər elektron formatda

Peşə ixtisasları üzrə dərsliklər e-derslik.edu.az portalında elektron formatda yerləşdirilib. 39 ixtisas üzrə 193 dərsliyin yer aldığı platformada tədris vəsaitlərini onlayn oxumaq və yükləmək imkanı yaradılıb.

Müəllimlərin işə qəbulu elektron qaydada təşkil olunub

İlk dəfə olaraq, peşə təhsili müəssisələrinə müəllimlərin işə qəbulu elektron qaydada https://portal.edu.az/ elektron müraciət portalı üzərindən baş tutub. Qəbul ümumtəhsil fənn müəllimi, ixtisas fənn müəllimi və istehsalat təlimi ustası vakansiyaları üzrə aparılıb.

3 Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusunda

2020-2021-ci il tədris ili ərzində daha 3 peşə təhsil müəssisəsi - Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Dəmir yolu və metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzləri publik hüquqi şəxs statusu qazanıb.

Direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulu

2020-2021-ci tədris ilində ilk dəfə olaraq peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə 3 mərhələdə həyata keçirilib. Müraciətlərin qeydiyyatı https://portal.edu.az/ elektron müraciət portalı üzərindən aparılıb.

Peşə təhsili üzrə 380 teledərs

2020-2021-ci tədris ilində peşə təhsil pilləsində tədrisin fasiləsizliyinin təmin olunmasını, həmçinin distant (məsafədən) tədris prosesinin təşkilində rol oynayan əsas dəstəkləyici alət - teledərslər olub. Cari tədris ilində ixtisas və baza modulları üzrə ümumilikdə 380 teledərs çəkilib.

Ali təhsil və elm

Xaricdə doktorantura proqramı

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-2021-ci tədris ili üzrə 52 doktorant prioritet ixtisas istiqamətləri üzrə dövlət hesabına dünyanın top 500 universitetində təhsil almaq hüququ qazanıb.

İkili diplom proqramları

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində hazırda 3 beynəlxalq ikili diplom proqramı təsis olunub və həyata keçirilməkdədir.

2020-2021-ci tədris ili üzrə ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil və insan kapitalı inkişafı” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı, ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin “Kompüter elmləri və verilənlərin təhlili” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı, Cənubi Koreya Respublikasının İnha Universiteti ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı həyata keçirilib. Hazırda növbəti tədris ili üçün BMU - İnha ikili diplom proqramına mühəndislik ixtisasları üzrə qəbula start verilib, ADA-CVU və ADPU -CVU ikili diplom proqramlarında qəbul yekunlaşıb.

234 nəfər xaricdə təhsil almaq hüququ qazanıb

2020-2021-ci tədris ilində hökumətlərarası təqaüd proqramları çərçivəsində Macarıstanda 193, Çində 20, Rumıniyada 5, Rusiya Federasiyasında 5, Latviyada 8, Qazaxıstanda 3, ümumilikdə isə 234 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

89 ölkədən 6500-ə yaxın əcnəbi tələbə

2020-2021-ci tədris ili üzrə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində 89 ölkədən 6500-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alıb. Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Türkmənistan, Hindistan, Pakistan və digər ölkələri təmsil edir.

Tələbələrin köçürülməsinin nəticələri

Transfer.edu.az portalına müraciət edən 2 721 nəfərdən 1 856 nəfərin müraciəti müsbət cavablandırılıb. Ali təhsil müəssisələrindən köçürülməsinə icazə verilən 1 856 nəfərdən 1 777-ni bakalavriatura, 20-ni magistratura səviyyəsi üzrə, 59-nu isə xarici ali təhsil müəssisələrindən köçürülənlər təşkil edir.

760 nəfər “SABAH” tələbəsi məzunu

2020-2021-ci tədris ili üzrə ölkənin 10 baza ali təhsil müəssisəsinin “SABAH” qruplarına tələbə seçimi aparılıb. 805 tələbə 29 ixtisas üzrə “SABAH” tələbəsi adını qazanıb. 2021-ci ildə 760 nəfər “SABAH” tələbəsi məzun olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində

İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub

“Eyni səma altında: astronomiya təhsili görüşləri” - Azərbaycan, Türkiyə və Özbəkistan məktəbliləri bir arada

Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib

Güllü Eldar Tomarlı: Kəlağayı keçmişlə gələcək arasında ipək körpüdür

“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq

Şəkidə keçirilən müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrdən danışılıb

Azərbaycanlı akademik beynəlxalq konfransda Türk dünyasının inteqrasiyası ilə bağlı təkliflər irəli sürüb

Zülfiyyə Nuriyeva: “Kəlağayı yürüşü”nün əsas məqsədi milli irsimizi gənclərə daha yaxından tanıtmaqdır

Trampın Qrenlandiya ilə bağlı bəyanatı Danimarka ilə razılaşmanın şərtlərinə əməl olunması məsələsini gündəmə gətirib

Müdafiə Nazirliyinin Tibb İdarəsi ilə “Vərəmsiz Gələcəyə Doğru” İB arasında memorandum imzalanıb

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

Tərtərdə Toxum Sərgi-Satış Yarmarkası təşkil olunub

İnha Universitetinin azərbaycanlı tələbələri bir araya gəlib

Gürcüstanda xristianlığın dövlət dini elan edilməsinin 1700 illiyi qeyd olunur

Azərbaycan alimləri beynəlxalq “Top 2% Scientists” siyahısında yer alıblar

Mərkəzi Bank: Ani Ödənişlər Sistemi üzrə yeni xidmət haqqı tarifləri vətəndaşlara şamil olunmur

Dilçilik İnstitutunun əməkdaşları Bişkekdə keçirilən beynəlxalq simpoziumda iştirak ediblər

Uşaqların gələcəyi hər cür manipulyasiyadan müdafiə olunmalıdır – RƏY

Dini ideologiyaların gənclərin həyatına və dövlətin qanunlarına sirayət etməsi qəbulolunmazdır - ŞƏRH

Məktəbli forması: təhsil mühitində bərabərlik, intizam və sosial məsuliyyət amili

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

Professor: Süni intellektin yaratdığı çağırışlara vaxtında cavablar tapılmalıdır VİDEO

İndoneziyada meşə yanğınları havanın kəskin çirklənməsinə və regionda məktəblərin bağlanmasına səbəb olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

Hüseyn Atakan Varol: Bütün türk dillərini əhatə edəcək vahid süni intellekt modeli yaradıla bilər VİDEO

® “DigiTravel” ilə aviabiletləri də indi alıb sonra ödəyin!

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Yasin Xəlilov: Yeni tikinti materiallarının yaradılmasında ekoloji tələblərə uyğunluq əsas şərtlərdəndir VİDEO

Baba Vəziroğlu: Məktəbdə hər kəs müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalıdır

Buxarada qardaşlıq nəğmələri: İki ölkə sənətçilərindən möhtəşəm konsert

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

Gədəbəydə avtomobili aşıran sürücünün həyat yoldaşı ölüb, oğlu yaralanıb VİDEO

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

Binaların enerji effektivliyi üzrə pasportlaşdırmanın rəqəmsallaşdırılması üçün platformanın hazırlanması yekunlaşmaq üzrədir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Dövlət qulluğu üzrə 876 vakant vəzifə müsahibəyə çıxarılıb

Risklərin idarə edilməsi üzrə qərar qəbuletmə mexanizmləri nəzərdən keçirilib

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Ekspert: Tikinti layihələrində ekoloji standartların qorunması genişləndirilməlidir VİDEO

Aİ strateji minerallar üzrə Çindən asılılığı azaltmaq üçün Vyetnamla əməkdaşlığı genişləndirmək istəyir

Laos AQEM-ə üzv olmaq üçün təsisedici sənədləri imzalayıb

Pekində terrorizmlə mübarizəyə dair beynəlxalq forum keçirilir

Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır

Çinin xarici ticarəti 19 faizə yaxın artıb

Ekspert: Azərbaycanın dünyəvi təhsil ənənələri milli maarifçilik tariximizin ayrılmaz hissəsidir

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

ADA Universitetində AICT2026 beynəlxalq konfransı təşkil olunub - YENİLƏNİB VİDEO

İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb

Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib

Çingiz Abdullayev: Əminəm ki, “Sabah” “Barselona”ya qarşı da çəkinmədən oynayacaq

Astanada Azərbaycanın Orta Dəhlizin inkişafında rolu müzakirə olunub

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Akademik Rasim Əliquliyev: Milli süni intellekt rəqəmsal suverenliyin əsas şərtidir VİDEO

Azərbaycan qonaqpərvərlik sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir

Vədiyə Ələkbərzadə: Akkreditasiya özəl tibb müəssisələri üçün bir çox prosesin obyektiv qiymətləndirilməsini təmin edən mexanizmdir

Saleh Sultansoy: “Elm şəhərləri” TDT-nin inkişafına güclü təkan verə bilər

QHT-lərin təşəbbüsü ilə Bakıda kəlağayının təbliğinə həsr edilən yürüş keçirilib

Futzal üzrə Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

Henning Sasse: Tikintidə ekoloji təmiz xammalın və alternativ yanacaqların istifadəsi vacibdir VİDEO

AzTU-nun müəllimi Türkiyədə beynəlxalq simpoziumda məruzə ilə çıxış edib

Laos Prezidenti “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunu ziyarət edib

BDU-nun 14 tələbəsi “Əlaçı” təqaüd proqramının qalibi olub

Milli Hidrometeorologiya Xidməti: Hazırda keçid dövrünə xas hava şəraiti müşahidə edilir

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Rasim Əliquliyev: Gəncləri kibermanipulyasiyadan qorumaq prioritet vəzifədir VİDEO

Avstraliyada demensiyanın erkən əlamətlərini aşkarlayan göz testləri hazırlanıb

Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib

Azərbaycanla Mərkəzi Asiya ölkələrinin əməkdaşlığının genişlənməsi yeni imkanlar yaradır ŞƏRH

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində qiymətləndirmə təlimi təşkil olunub

Naftalanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqət mərkəzindədir

Zumerlər əməkhaqqı səbəbindən iş yerlərini dəyişdirmək istəyirlər

SEPAH Hörmüz boğazında konteyner daşıyan gəminin batdığını bildirib

Kamboca Krallığının Baş naziri Milli Məclisdə olub

Vahid geyim şagirdlərə ortaq qaydaların mövcudluğunu öyrədən vasitələrdən biri kimi qəbul oluna bilər – ŞƏRH

Baş nazir Əli Əsədov Laosun Prezidenti Thonqlun Sisulitlə görüşüb

Azərbaycanlı Formula 4 pilotu "Slovakia Ring" trasında növbəti testlərini uğurla başa vurub