2025-ci ildə dünyanın ən varlı 10 ölkəsinin adları açıqlanıb
Bakı, 1 avqust, AZƏRTAC
“Visual Capitalist” portalı tərəfindən hazırlanan infoqrafika 2025-ci ildə ən yüksək rifah səviyyəsinə malik ölkələrin üç reytinqini təqdim edir. Sol sütunda ölkələr adambaşına düşən ümumi daxili məhsula (Beynəlxalq Valyuta Fondunun 2025-ci il üçün məlumatları), mərkəzdə - adambaşına düşən ümumi milli gəlirə görə (Dünya Bankının 2024-cü il üçün məlumatları) və sağ tərəfdə orta rifah səviyyəsi (İsveçrənin USB banının 2024-cü il üçün hesabatı) əsasında reytinq göstəriciləri yer alıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, infoqrafikada müxtəlif meyarların tətbiqi ölkələrin ən varlı dövlətlər reytinqindəki mövqelərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Hər üç siyahıda ilk beşliyə daxil olan yeganə ölkə Lüksemburqdur. Bu ölkə adambaşına düşən ÜDM (140,9 min dollar) və orta sərvət (395,3 min dollar) baxımından birinci yeri tutur, ümumi milli gəlirə görə isə dördüncü yerdə qərarlaşıb (91,5 min dollar) və bu sahədə Bermud adalarından (140,3 min dollar), Norveçdən (98,2 min dollar) və İsveçrədən (95,9 min dollar) geri qalır.
2025-ci ildə adambaşına düşən ÜDM-ə görə ən varlı on ölkənin reytinqi aşağıdakı kimidir: Lüksemburq – 140,9 min dollar, İrlandiya – 108,9 min dollar, İsveçrə - 104,9 min dollar, Sinqapur – 92,9 min dollar, İslandiya – 90,3 min dollar, Norveç – 89,7 min dollar, ABŞ – 89,1 min dollar, Makao – 76,3 min dollar, Danimarka – 75 min dollar, Qətər – 71,7 min dollar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.05.2026 [19:51]
Almaniya Kansleri: Biz NATO ərazisini müdafiə etməyə hazırıq
- 29.05.2026 [19:14]
Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür
- 29.05.2026 [19:01]
İsveç cinayətkarlıqla mədəniyyət kontekstində mübarizə aparmaq niyyətindədir
- 29.05.2026 [18:06]
“Tengiz” yatağındakı qəzanın təhlükə yaratmadığı bildirilib
- 29.05.2026 [17:22]
Rumıniya Rusiya konsulluğunu bağlayır
- 29.05.2026 [16:37]
Türkiyədə Şengen viza sistemindən narazılıq artır
- 29.05.2026 [14:46]
İstanbulun fəthindən 573 il ötür
Bu saata olan əsas xəbərlər
- [20:00]
İstanbulun fəthindən 573 il ötür
- [14:46]
Milli musiqi gecəsi - “Balabanın sehrində”
- 28.05.2026 [23:05]
İran müharibəsi səbəbindən ABŞ-də inflyasiyanın səviyyəsi artır
- 28.05.2026 [22:22]
Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan
- 28.05.2026 [21:56]
Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb
- 28.05.2026 [21:19]
Budapeştdə 28 May- Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub
- 28.05.2026 [21:08]
“Elə bildim öz doğma balam gəlib...” – Böyük Qaladərəsi kəndindən reportaj
- 28.05.2026 [20:55]
"Qəbələ" Premyer Liqada qalıb
- 28.05.2026 [20:50]
Moldovada yaşayan soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb
- 28.05.2026 [20:35]