Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol layihələri barədə məlumat açıqlanıb VİDEO

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol layihələri barədə məlumat açıqlanıb VİDEO

Bakı, 16 mart, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 2022-ci il martın 15-i vəziyyətinə görə respublikanın avtomobil yollarında həyata keçirilən layihələr ilə bağlı vəziyyəti açıqlayıb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə Füzuli-Hadrut avtomobil yolu üzrə texniki göstəricilər belədir: 12 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı. Bu yolda torpaq işləri 42 faiz, yol geyimi 23 faiz, boru və keçidlərin tikintisi 21 faiz icra olunub. Yolun 300 metr hissəsində asfalt-beton örtüyün alt layı tikilib. İşlərin 2022-ci ildə başa çatdırılması planlaşdırılıb.

Hadrut-Tuğ-Azıx mağarası avtomobil yolunun texniki göstəriciləri: 22 kilometr; IV texniki dərəcəli; 2 hərəkət zolaqlı. Bu yolda mövcud yol örtüyü frez maşını vasitəsilə profilə salınır, 2700 metr hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800 metr ərazidə yolun dağılmış hissəsi qazılaraq ərazidən uzaqlaşdırılır və yeni yol əsası tikilir. İşlərin başa çatdırılması 2022-ci ilə nəzərdə tutulub.

Bərdə-Ağdam avtomobil yolunun texniki göstəriciləri: 45 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı. Bu yolda torpaq işləri 57 faiz, yol geyimi 19 faiz, boru və keçidlərin tikintisi işləri 45 faiz, körpülərin tikintisi 93 faiz icra olunub. İşlərin başa çatdırılması 2022-ci ilə planlaşdırılıb.

Qubadlı-Eyvazlı avtomobil yolu üzrə texniki göstəricilər: 28,5 kilometr, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı. Bu yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Yolun 8-ci kilometrində torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb. Yolun tikintisinin 2022-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.

Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolu üzrə texniki göstəricilər: 26,4 kilometr, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı. Hazırda yolun layihələndirməsi işləri aparılır. Yolun başa çatdırılması 2022-ci il üçün planlaşdırılır.

Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi üzrə texniki göstəricilər: 726,3 kilometr, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı. Bu yollarda torpaq işləri 83 faiz, torpaq yatağının və yol geyiminin tikintisi işləri 25 faiz, boruların tikintisi 95 faiz, yol nişanları 82 faiz icra olunub. İşlər 2022-ci ildə başa çatdırılacaq.

Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi üzrə texniki göstəricilər: 32 kilometr, III texniki dərəcəli, 2 hərəkət zolaqlı. Yeni avtomobil yolunun layihələndirilməsi ilə paralel olaraq, torpaq işləri həyata keçirilir, 13-24 -cü kilometr hissədə torpaq yatağının və 1 körpünün tikintisi davam etdirilir. Bu yolda işlərin başa çatdırılması 2022-ci il üçün nəzərdə tutulub.

Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi üzrə layihələndirmə və mobilizasiya işləri aparılır, paralel olaraq 10 hektar sahədə ərazinin təmizlənməsi işləri görülür. İşlər 2022-ci ildə yekunlaşdırılacaq.

Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolu üzrə texniki göstəricilər: 22 kilometr, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı. Yolun ilk 8,5 kilometr və 9-22-ci kilometr hissələrində torpaq işləri yekunlaşıb, suötürücü boruların və yol geyiminin tikintisi işləri davam etdirilir. Bu yolda işlərin 2022-ci ildə başa çatdırılması planlaşdırılıb.

Xudafərin-Qubadlı-Laçın avtomobil yolu üzrə texniki göstəricilər: 70,4 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı. Qubadlı-Laçın istiqamətində 45 kilometr, Xanlıq istiqamətində 14 kilometr hissədə torpaq yatağının və körpülərin tikintisi işləri aparılır. Torpaq işləri 47 faiz, yol geyimi 10 faiz, boru və keçidlərin tikintisi 25 faiz, körpülərin tikintisi 24 faiz, istinad divarlarının tikintisi 22 faiz icra olunub. İşlər 2023-cü ildə başa çatdırılacaq.

Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu üzrə texniki göstəricilər: 39,7 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı. Bu yolda torpaq işləri 58 faiz, yol geyimi 17 faiz, boru və keçidlərin tikintisi 64 faiz, körpülərin tikintisi 56 faiz icra olunub. İşlərin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulub.

Ağdam-Füzuli avtomobil yolunun tikintisi üzrə texniki göstəricilər: 64,8 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı. Hazırda torpaq işləri icra olunur, paralel olaraq layihələndirmə aparılır. Torpaq işlərinin icrası 3 faiz yerinə yetirilib. İşlər 2023-cü ildə yekunlaşdırılacaq.

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzrə texniki göstəricilər: 81,6 kilometr, I texniki dərəcəli, 6-4 hərəkət zolaqlı. Layihəyə uyğun olaraq torpaq yatağı inşa olunur, həmçinin 8 körpünün, 6 tunelin və 5 alt keçidin tikintisi aparılır. İşlərin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Əhmədbəyli-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yeni avtomobil yolu üzrə texniki göstəricilər: 123,6 kilometr, I texniki dərəcəli, 4 hərəkət zolaqlı. Yolboyu torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 50 faiz, boru və keçidlərin tikintisi 35 faiz, körpülərin tikintisi 48 faiz icra olunub. İşlərin 2024-cü ildə başa çatdırılacaq.

Kəlbəcər-Laçın avtomobil yolu üzrə texniki göstəricilər: yol - 72,3 kilometr, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel - 9,8 kilometr. Hazırda mobilizasiya və torpaq işləri həyata keçirilir. Ümumi icra vəziyyəti 2 faiz təşkil edir. İşlərin 2025-ci ildə yekunlaşdırılması nəzərdə tutulub.

Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu üzrə texniki göstəricilər: yol - 80,7 kilometr, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, Murovdağ tuneli - 11,6 kilometr; tunel 1-6,3 kilometr. Yolun 12-13 və 26-28-ci kilometrində torpaq yatağının inşası, zəruri nöqtələrdə suötürücü boruların inşası aparılır. Həmçinin 8,5-8,7 və 12,8-13,5-ci kilometrlik hissələrdə mövcud kanalların köçürülməsi və bəzi ərazilərdə suötürücü boruların inşası tamamlanıb, 26-26,5-ci kilometrdə kanalın inşası isə davam edir. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 1857 metrdir. Tunel 1-in çıxış portalında isə qazma işlərinə başlanılıb. İşlər 2026-cı ildə yekunlaşdırılacaq.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan yol layihələri barədə məlumat açıqlanıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb