20 saylı Nərimanov ikinci seçki dairəsində səsvermə başlayıb
Bakı, 23 dekabr, AZƏRTAC
Bakının 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə seçki məntəqələrində səsvermə başlanıb.
Dairə seçki komissiyasının tərkibində olan 33 daimi seçki məntəqəsi bütün zəruri texniki avadanlıqla təmin edilib.
Məntəqələrdə seçkilərin azad, demokratik və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb. Eyni zamanda, 10 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Dairə seçki komissiyasında 43 min 966 seçici qeydiyyata alınıb.
Dairə seçki komissiyalarında müşahidəçilər seçki prosesinin gedişini izləyirlər. Kütləvi informasiya vasitələrinin nümayəndələri seçkilərin işıqlandırılmasında yaxından iştirak edirlər.