“20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa müsabiqəsinin qalibləri mükafatlandırılmışlar
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-dа Gəncliyə Yardım Fondunda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilmişdir.
Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Prezident Administrasiyasının məsul işçisi Rasim Mirzəyev, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əli Məmmədov, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov çıxış etmişlər.
Mövzu ilə bağlı ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa müsabiqəsinin qalibləri mükfatlandırılmışlar.
Xüsusi mükafatlara Kənan Məmmədov (Nəsimi rayonundakı 5 nömrəli məktəb), Nuridə Yusifzadə (Xətai rayonu, 287 nömrəli məktəb), Sərvinaz Ramazanova (Nərimanov rayonu, 193 nömrəli məktəb), Çinarə Hacıyeva (Sabunçu rayonu, 169 nömrəli məktəb), Aytən Suleymanlı (Səbayıl rayonu, 239 nömrəli məktəb), Nərmin Köçərli (Yasamal rayonu, 286 nömrəli məktəb), Aylan Qasımzadə (Qaradağ rayonu, 302 nömrəli məktəb), Zaur Qurbanlı ( Suraxanı rayonu, 226 nömrəli məktəb), Sona Baxşəliyeva (Nizami rayonu, 145 nömrəli məktəb) və Nərmin Osmanlı (Xəzər rayonu, 92 nömrəli məktəb) layiq görülmüşlər.
İnşa müsabiqəsində fərqlənən şagirdlərə təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplomlar, xatirə hədiyyələri və pul mükafatları verilmişdir.