20 Yanvar faciəsi xalqımızın tarixinə qanla yazılmışdır
Bakı, 19 yanvar (AZƏRTAC). Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr edilmiş tədbir keçirilmiş, şəhidlərin xatirəsi anılmışdır.
Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov 20 Yanvar faciəsinin xalqımızın tarixinə qanla yazıldığını vurğulamış, yaddaşımızdan heç zaman silinməyəcəyini bildirmişdir. Qeyd olunmuşdur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən o müdhiş gecədə imperiya ordusu respublikamızda dəhşətli cinayətlər törətmiş, günahsız insanların qanını axıtmışlar.
Akademik A.Məhərrəmov ilk dəfə 20 Yanvar faciəsinə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verildiyini xatırlatmışdır.
20 Yanvarın tariximizə həm də xalqımızın qəhrəmanlıq nümunəsi kimi daxil olduğunu bildirən rektor şəhidlərin əziz xatirəsinin daim yaşayacağını vurğulamışdır.
Digər çıxış edənlər də Qara Yanvar faciəsinin dəhşətlərindən danışmış, gəncləri vətənpərvərliyə, milli təəssübkeşliyə çağırmışlar.
Sonra mövzu ilə bağlı slaytlar nümayiş etdirilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]