20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı Binəqədi rayonunda tədbirlər keçiriləcəkdir
Bakı, 17 yanvar (AZƏRTAC). Binəqədi Rayon İcra Hakimiyyəti 20 yanvar faciəsinin 21-ci ildönümünün keçirilməsi ilə bağlı silsilə tədbirlər planı hazırlamışdır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, plana əsasən Rayon Gənclər və İdman İdarəsində, bələdiyyələrdə, rayonun təhsil müəssisələrində müxtəlif görüşlər, konfrans və “dəyirmi masa”lar təşkil ediləcək, mühazirələr oxunacaq, qanlı şənbə gecəsində həlak olan Vətən övladlarının xatirəsi ehtiramla anılacaqdır.
Rayonun Biləcəri qəsəbəsində yerləşən “20 Yanvar” abidəsini ziyarətə gələnlərin təhlükəsizliyi təmin olunacaq və nəqliyyat vasitələrinin hərəkəti tənzimlənəcəkdir. Bakı vaxtı ilə saat 12.00-da rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək və avtomobillər vasitəsi ilə səs siqnalları veriləcəkdir.
Həmçinin, 20 Yanvar hadisələrində şəhid və əlil olanların ailələrinin humanitar yardımla təmin edilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]