20 Yanvar heç vaxt xatirələrdən silinməyəcəkdir
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycan Milli Elmlər Akademiyası akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 20 Yanvar şəhidlərinin anma mərasimi keçirilmişdir.
Tədbirdə institut əməkdaşları 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun ölkəmizdə törətdiyi qanlı hadisələrdən, o müdhiş gecədə yüzlərlə azadlıqsevər insanın xüsusi amansızlıqla qətlə yetirilməsindən danışmışlar. Həmin günlərin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğu, öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqları qeyd edilmişdir.
Şərqşünas alimlər qanlı Yanvar hadisələrinin doğurduğu beynəlxalq əks-sədanı qeyd etmiş, İranın, Türkiyənin və digər şərq ölkələrinin mətbuatında əksini tapmasından söz açmışlar.
Çıxış edənlər 20 Yanvar faciəsinin xalqımızın xatirəsindən heç vaxt silinməyəcəyini söyləmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]