20 yanvar şəhidlərinin xatirəsi “Kapital Bank”da anılmışdır
Bakı, 20 yanvar (AZƏRTAC). “Kapital Bank”ın Baş ofisində 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi keçirilmişdir. Azərbaycanın istiqlalı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə çıxış edən bankın İdarə Heyətinin sədri Elmar Məmmədov 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qırğınları xalqımıza qarşı terror aktı olmaqla yanaşı, onun Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizə tarixinin qəhrəmanlıq səhifəsi kimi yazıldığını bildirmişdir.
E.Məmmədov bu hadisələrə ilk siyasi qiymətin ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini xüsusi vurğulamış, sovet imperiyasının xalqımıza qarşı apardığı işğalçı siyasətin ifşa edilməsi ilə bağlı cəsarətli bəyanatının əhəmiyyətindən danışmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]