20 Yanvar yaddaşlardan silinməyəcəkdir
Bakı, 18 yanvar (AZƏRTAC). Yanvarın 18-də İlyas Əfəndiyev adına Elitar Gimnaziyada 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Elitar Gimnaziyanın tərbiyə işləri üzrə direktor müavini Nəsib Musayev və tarix müəllimi Təhminə Aslanova şagirdlərə Qanlı Yanvar faciəsinin mahiyyəti barədə ətraflı məlumat vermiş, Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin yaddaşlarda daim yaşayacağını vurğulamışlar.
Diqqətə çatdırılmışdır ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı dəhşətli cinayət törədilmiş, yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu qətliama siyasi qiymət verilmişdir.
Tədbirdə şagirdlər ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]

