Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

MN komando hərbi hissələrində xidmət keçmək istəyənlərin qəbulunu elan edib VİDEO

MN komando hərbi hissələrində xidmət keçmək istəyənlərin qəbulunu elan edib VİDEO

Bakı, 24 dekabr, AZƏRTAC

Əməliyyat (Komando) hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər dekabrın 26-dan gələn il yanvarın 26-dək Bakı şəhəri, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi, Gəncə, Bərdə və Beyləqan şəhərlərindəki hərbi hissələrdə fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

“Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilir.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun Əməliyyat (Komando) hərbi hissələrində müvafiq vəzifələrə təyin olunur.

Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

- şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);

- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);

- doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);

- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);

- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda, 1 nüsxədə);

- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda, 1 nüsxədə);

- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə);

- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);

- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;

- hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə).

Sənədlərin qəbulu həyata keçiriləcək ünvanlar: Bakı şəhəri, Qaradağ rayonu Müşfiqabad qəsəbəsi, Gəncə, Bərdə və Beyləqan şəhərlərindəki hərbi hissələr.

Müraciət etmə vaxtı: 26 dekabr 2022-ci il tarixdən 26 yanvar 2023-cü il tarixədək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

MN komando hərbi hissələrində xidmət keçmək istəyənlərin qəbulunu elan edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Botanika İnstitutu Quraq Ərazilərdə Biomüxtəlifliyin Mühafizəsi üzrə İttifaqa üzv olub

Orxan Səfərov: Azərbaycanda idmanı populyarlaşdırmaq üçün səylərimizi əsirgəməyəcəyik

Ermənistan tərəfindən saxlanılan əsgər Ruslan Pənahov Bakıya gətirilib

Türkiyədə R&D mərkəzlərinin sayı 1292-yə çatıb

BMT-nin İsveçdəki nümayəndəsinə Azərbaycanda keçiriləcək COP29-a hazırlıq prosesi haqqında məlumat verilib

Şifahi imtahandan uğurla keçən hakimliyə namizədlərin siyahısı açıqlanıb

Ötən il Polşa mallarının Ukraynaya ixracı 113 faizdən çox artıb

® “AccessBank” “Cəlilabad” filialında təmir-tikinti işlərinin aparılmasına dair tender elan edir

® Latviya əla biznes partnyorudur

Almaniyadan Kutaisiyə uçan təyyarə Rumıniyada məcburi eniş edib

“Yaşıl dünya naminə BSU könüllüləri” qrupunun təsis iclası

UNEC ilə Abşeron Logistika Mərkəzi əməkdaşlıq edəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ağacəkmə aksiyasına qoşulub

AQTA bəzi ölkələrin qida obyektləri üzrə təsdiq sisteminin ekvivalentliyini tanıyıb

IATA uçuşların təhlükəsizliyini artırmağa çağırıb

Paytaxt məktəblərində idman həftəsi

Fərid Qayıbov: İnanırıq ki, regionlarımızda idmanla məşğul olan gənclərin sayı daha da artacaq

Qırğızıstanda son vaxtlar bəraət hökmlərinin sayı artıb

Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi bölgələrdə vətəndaşlarla görüşüb

Bakı-Quba Rusiya sərhədi yolunda ölümlə nəticələnən ağır qəza baş verib

AzMİU-nun müəllimi Azad Mirzəcanzadənin adını daşıyan proqramın eksperti seçilib

Çinli voleybolçu: Bakı kiçik Dubaya bənzəyir – MÜSAHİBƏ

Ahıl şəxslər üçün Sosial xidmət müəssisəsində oftalmoloji aksiya keçiriləcək

Bakı-Qəbələ-Bakı istiqamətində qatarların sayı artırılacaq

İlin sonun qədərə “Şagird davranış qaydaları” Bakı məktəblərinin hamısında tətbiq ediləcək

Fərid Şəfiyev: Azərbaycanın yeni reallıqlar yaratması bəzi dövlətləri çox narahat edir

Valideynlərin məktəbləri qiymətləndirməsi üçün rəqəmsal sistem yaradılacaq

® “Kapital Bank” “Dünya İnsan Resursları Sammiti 2024”də 2 mükafata layiq görülüb

Bakı məktəblərində nəzarətin gücləndirilməsi üçün elektron sistem yaradılır

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Cəlilabadın bəzi ərazilərində “Azercell”in xidmətlərində çətinliklər olacaq

Aqrar Xidmətlər Agentliyinin sədri Samuxda vətəndaşlarla görüşəcək

DİM rəhbəri: Bu yaxınlarda Azərbaycan dili sertifikatı ilə bağlı imtahan keçirilməsi nəzərdə tutulur

HƏMAS və İsrail atəşkəsin əsas müddəaları üzrə razılığa gəlib

Rasim Balayev: Biz kinonu birliyimizlə yaşatmalıyıq

Ağalıda uşaqların çərşənbə sevinci

Türkiyə kəşfiyyat xidmətinin başçısı Vaşinqtonda Cənubi Qafqazda vəziyyəti də müzakirə edəcək

Məleykə Abbaszadə kişi müəllimlərin azalmasına və gender balansının pozulmasına münasibət bildirib

DİM sədri: Danışıq bloku imtahanını daha kütləvi imtahanlarda tətbiq etmək tezdir

Geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrinin özəlləşdirilməsinə icazə verilir

Pekin daha 100 ağıllı fabrik və emalatxana tikməyi planlaşdırır

Təmiz enerji texnologiyaları dünyada karbon qazı tullantılarının artım sürətini azaldıb

Bələdiyyələrlə bağlı Qanuna dəyişiklik edilir

Rasim Balayev yeni yaradılan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib

“Qida təhlükəsizliyi haqqında” Qanunun icrası ilə əlaqədar 44 qanuna dəyişiklik ediləcək

Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın iki kino ittifaqı birləşib

Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək

ABŞ metan çirklənməsini ölçmək üçün orbitə peyk buraxacaq

Azərbaycanın xarici işlər naziri Səudiyyə Ərəbistanına işgüzar səfərə gedib

Britaniyada Mühafizəkarlar partiyasının reytinqi tarixi minimuma enib

Avstriya Milli Şurasının üzvlərinin Ağdama səfəri başlayıb

Azərbaycan dili üzrə sertifikasiya imtahanı modeli təqdim olunub

Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası 2026-cı ildə Bakıda keçiriləcək

Ekspert: Avtobusun öz marşrut xəttindən kənara çıxması yolverilməzdir

Bosniyalı sabiq hərbçilər əsirlərə qarşı zorakılıqda günahkar bilinib

Respublika Elmi-Texniki Kitabxanasında sərgi: Qadın dünyası

Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qubada idman paradı keçirilib

BƏƏ Azərbaycanda keçiriləcək COP29 konfransı ərəfəsində maliyyə səylərini səfərbər edir

Azərbaycan və Braziliya COP29 çərçivəsində birgə fəaliyyət imkanlarını nəzərdən keçirib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz olacaq

Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 21-ci iclası gələn il Bakıda keçiriləcək

Zaqatala və Balakəndə qaydaları pozan sürücülər barədə inzibati tədbirlər görülüb

Almaniya mətbuatı: Ferstappen “Mercedes” komandasına keçə bilər

Milli Məclisdə ombudsmanın 2023-cü ildə ölkədə insan hüquqlarının qorunması haqqında illik məruzəsi qəbul edilib

Çin bu il hərbi xərclərini 7,2 faiz artırmağı planlaşdırır

Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkət iştirak edəcək

AFFA “Neftçi” və “Qarabağ”ı cərimələyib

Ötən il şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə 347 başçəkmə həyata keçirilib

İsveç liberalları uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq istəyirlər

Ermənistanda KTMT-dən çıxmağın nəticələri dövlət sirri hesab edilir

Əsl səbəblər...

Kinematoqrafçılar konfransı keçirilir

Bəzi cəzaçəkmə müəssisələrində normadan artıq şəxsin saxlanıldığı müşahidə edilib

ABŞ-da təyyarə qəzası nəticəsində bir neçə nəfər ölüb

Cinayət törətmiş şəxslərin sayı getdikcə artmaqdadır

Zemfira Meftahətdinova: Hər kəsi idmanla məşğul olmağa dəvət edirəm

Portuqaliya ikinci peykini kosmosa göndərib

Bakı hava limanından bir sıra istiqamətlərə uçuş tezlikləri artırılıb

Rəvan Həsənov: Bizim əsas hədəfimiz islamofobiyadan əziyyət çəkən insanların səsini dünyaya çatdırmaqdır

“Çarli və şokolad fabriki” əsasında qorxu filmi çəkiləcək

Azərbaycanda yeni dövr uğurla başlayıb, uğurla davam edəcək ŞƏRH

FHN: Müşviqabad qəsəbəsində 2012-ci il təvəllüdlü uşaq xilas edildi

UNEC Almaniya universitetləri ilə əməkdaşlığı genişləndirir

Makronsayağı siyasi səhv və ya Ukraynaya vurulan zərbə

Bakı Ali Neft Məktəbi FISO Olimpiadasının seçim turunun mükafatlandırma tədbirinə ev sahibliyi edib

“Arsenal” Premyer Liqada ilkə imza atıb

Nilin deltasında Qədim Misir sarkofaqı tapılıb

Ötən il İranda 834 nəfər edam edilib

Məleykə Abbaszadə: Əvvəlki illərlə müqayisədə şagirdlərin xarici dil bilikləri artıb

At və ulaq cəsədlərindən ət tədarükü ilə məşğul olan şəxs saxlanılıb VİDEO

Bəhruz Məhərrəmov: Azərbaycan fərqli bir dövrə qədəm qoyub

® “Birbank Biznes”dən qadın sahibkarlara özəl 8 Mart hədiyyəsi

Azərbaycan–Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılır

Bezos sərvətinə görə Maskı üstələyib

DİM rəhbəri: Azərbaycan dili bacarıqları üzrə sertifikat alanlar müəyyən imtahanlardan azad olunacaq

BBMM-in icraçı direktoru: Azərbaycan dini inanclara çox həssaslıqla yanaşır

Cənubi-Çin dənizində Filippin və Çin gəmiləri toqquşub

ABAD-çı Nigar: Əvvəllər sevə-sevə hazırladığım işləri satmaq o qədər də asan deyildi

Fransada tikilməkdə olan körpü çöküb, ölən və yaralananlar var