Yolların qardan təmizlənməsi və qumlanması işləri həyata keçirilir VİDEO
Bakı, 9 yanvar, AZƏRTAC
Qar yağışı müşahidə edilən respublikanın bütün yollarında Dövlət Yol Polisi əməkdaşlarının müşayiəti və təhlükəsizlik tədbirlərini təmin etməsi ilə paralel olaraq aidiyyəti qurumlar tərəfindən yolların qardan təmizlənməsi və qumlanması işləri həyata keçirilir.
AZƏRTAC Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, paytaxt ərazisində və digər bölgələrdə bu işə çoxsaylı texnika və şəxsi heyət cəlb olunub.
Yolların açılması istiqamətində işlər fasiləsiz davam etdirilir.