İDMAN
ANAMA və AFFA-nın birgə təşkilatçılığı ilə amputant futbolçular arasında oyun keçirilib VİDEO
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) birgə təşkilatçılığı ilə amputant futbolçular arasında oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, qarşılaşma Bakı Olimpiya Stadionunun minifutbol meydançalarından birində reallaşıb.
“Minalara yox deyək” şüarı altında təşkil olunan matçda Azərbaycanın amputant millisinin üzvləri, Vətən müharibəsi və Aprel döyüşləri iştirakçıları, həmçinin digərləri iştirak ediblər.
Oyunu ANAMA-nın sədri Vüqar Süleymanov, AFFA-nın baş katibi Sərxan Hacıyev və Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld izləyiblər.
Şərti olaraq “ağlar” və “göylər”ə bölünmüş iki komanda arasındakı matç maraqlı mübarizə şəraitində gerçəkləşib. Oyun “ağlar” komandasının “göylər” üzərində qələbəsi ilə yekunlaşıb - 4:2.
Yekunda futbolçulara xatirə hədiyyələri təqdim edilib.