Lənkəranda yanan hotelin bu gün açılışı olacaqdı YENİLƏNİB VİDEO
Lənkəran, 7 iyul, İ.Cəfərli, AZƏRTAC
Yanğının baş verdiyi “Panorama” hotelinin bu gün açılışı planlaşdırılmışdı.
AZƏRTAC xəbər verir ki, ikimərtəbəli, ümumi sahəsi 650 kvadratmetr olan hotel binasının mansard hissəsi tamamilə yanıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Lənkəran Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi hesabına yağın 14:26-da tam söndürülüb.
Hotelin birinci mərtəbəsi, həyətdə olan kotteclər və yardımçı tikililər yanğından qorunub.
Yanğının səbəbi araşdırılır.
15:03
Lənkəranın Göyşaban kəndi ərazisində yerləşən “Panorama” hotelində yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər briqadası yanğını söndürüb.
Xəsarət alan yoxdur.
İkimərtəbəli hotel binasının mansarı tamamilə yanıb.