ORDU
MN: Sədərək rayonu istiqamətində yerləşən mövqelərimiz atəşə tutulub VİDEO

Bakı, 14 iyul, AZƏRTAC
İyulun 14-ü saat 10:55 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan başqa saat 13:39-dan 13:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.02.2025 [13:19]
Cəbrayılda daha 42 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO
- 17.02.2025 [13:05]
AZƏRTAC-ın fotomüxbiri beynəlxalq müsabiqədə qızıl medala layiq görülüb
- 17.02.2025 [12:00]
Qaradağlı faciəsindən 33 il ötür
- 17.02.2025 [07:11]
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO
- 16.02.2025 [21:44]